Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskva Amerika tərəfi ilə əlaqə saxlayır, lakin Ukrayna ilə bağlı danışıqlar hazırda dayandırılıb.
Putin ŞƏT sammitindən sonra keçirilən mətbuat konfransında Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin Moskvaya səfərini şərh edərkən bildirib ki, “Kəşfiyyat orqanları arasında əlaqələr həmişə mövcuddur; onlar hətta Soyuq Müharibənin ən çətin dövrlərində də mövcud olub”.
Putin həmçinin Rusiyanın mənalı danışıqların tərəfdarı olduğunu vurğulayıb.
“Rusiya ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiven Vitkoff və Cared Kuşner ilə işləməkdə rahatdır; onlar həmişə xoş qarşılanan qonaqlardır”, – deyə Rusiya lideri bildirib.
Eyni zamanda, o, Ukrayna ilə bağlı danışıqlar prosesinin hazırda davam etmədiyini qeyd edib.
Rusiya prezidenti bildirib ki, “Ukrayna ilə bağlı danışıqlar hazırda dondurulub”.
