Bu gün Türkiyə Zəfər Bayramını qeyd edirdi. Lakin təəssüf ki, 30 avqust 2026-cı ildə, Türkiyə vaxtı ilə saat 12:50–13:00 radələrində Şimali Kiprin Girnə Limanından Mersinin Taşucu Limanına doğru hərəkət edən “FİLOJET” sərnişin gəmisi limandan yola düşdükdən qısa müddət sonra sahildən təxminən 2,5–6,4 kilometr aralıda baş hissəsindən su alaraq batıb.
Filo Denizcilik şirkətinə məxsus gəmidə 259 sərnişin və 8 heyət üzvü olmaqla, ümumilikdə 267 nəfər olub. Hazırda ərazidə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.
Bakı vaxtı ilə saat 19:29-a olan məlumata görə, 7 nəfər həyatını itirib, 237 nəfər xilas edilib, 23 nəfərin isə taleyi hələlik məlum deyil.
Qəzanın baş verdiyi ərazidə dənizin dərinliyi təxminən 514 metrdir.
Qəzanın səbəbi hələlik dəqiq müəyyənləşdirilməyib. Lakin bir gün əvvəl Şimali Kiprdə güclü fırtına və külək müşahidə olunub, ağaclar aşıb, əraziyə ciddi ziyan dəyib. Buna görə də əlverişsiz hava şəraitinin qəza ilə əlaqəsinin olub-olmadığı araşdırılır.
Bu faciənin məhz Türkiyənin Zəfər Bayramını qeyd etdiyi gündə baş verməsi isə kədəri daha da artırır.
Həlak olanlara Allahdan rəhmət, yaxınlarına səbir, xilas edilənlərə şəfa diləyirik.
Başınız sağ olsun, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti!
