Ötən həftənin dünya miqyaslı diqqət cəlb edən ciddi hadisəsindən, Nepal daşqını faciəsindən əlavə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Moskvaya gizli, qəribə və ciddi səfəri oldu.
Gizli ki, səfər öncədən heç yerdə elan edilmədi. Baxmayaraq, səfər təbii ki, Vaşinqton-Moskva arası razılaşdırılmışdı. (Əks halda, Amerikanın hərbi təyyarəsi Avropa, Riqa hərbi aeridromdan uçub Moskvaya, Vnukovo mülki hava limanına necə enə bilərdi?). Və səfər yalnız, dünya üzrə təyyarə uçuşlarını ümumi nəzarətdə saxlayan Flightradar24 vasitəsini izləməklə məlum oldu.
Qəribə, ona görə ki, səfərin məram və məqsədi, üstündən neçə gün keçsə belə, hələ də, hər iki dövlət tərəfindən rəsmi açıqlanmır. Və hər iki dövlət görüşün sirli nəticələrinə qiymət vermir.
Ciddi isə, ona görə ki, ABŞ-Rusiya arası, Tramp hakimiyyətə gələndən bəri çoxsaylı diplomatik, siyasi, biznes, hətta hərbi nümayəndə heyətləri görüşlərindən fərqli, bu dəfə bütün dövlətlərdə ən mühüm olan kəşfiyyat, xüsusi xidmət məxfi mövzulu və çox da vacib səviyyəli görüş idi.
Rəsmi açıqlamaya görə Moskvada ABŞ-ın MKİ rəhbəri Retklifflə, RF-ln Xarici Kəşfiyyat İdarəsi rəhbəri Narışkin və FTX (FSB) rəhbəri Bortnikov arasında olub. Fikrimcə, çox yəqin ki, Moskva açıqlamasa da, görüşdə BKİ (QRU)-Baş (hərbi) Kəşfiyyat İdarəsi kimi məxfi və güclü struktur rəhbəri Kostyukov da iştirak etməmiş olmayıb.
Keçək, ən əsas məsələyə.
MKİ başçısının Moskva səfərinin səbəbi
nə idi? Con Retkliff nə gətirdi, nə apardı?
Bu, müəmmada qalmış sual barədə məşhur Qərb media, nəşrlərindən tutmuş, siyasətləçi, politoloqlaradək, hərə öz versiyasını danışır.
Və səfərə səbəb kimi: Rusiyanın tələsik hərbi səfərbərliyi, ya Ukrayna konfliktinin həlli və ya əsirlər dəyişimi, Rusiyanın İrana hərbi dəstəyi, ABŞ-Rusiya iqtisadi əməkdaşlığı və s. deyilir.
Düşünürəm ki, bütün bu versiyalar uyğunsuz və həm, tamamilə aidiyyətsiz gəlir ABŞ Kəşfiyyat rəhbəri missiyasına. Rusiyanın Ukraynaya qarşı 300 min əsgər səfərbərliyi ABŞ, Qərb üçün çox problem yaratmlr, müasir hərbi texnika önündə.
Qaldı ki, MKİ o qədər xüsusi məşğullu sahədir ki, onun rəhbəri diplomat, vasitəçi deyil konflikt həll etsin, yaxud əsir dəyişdirsin. İran barəsində isə ABŞ Rusiyaya yəqin ki, müraciət etməz, bu mənada ki, ABŞ, Avropa öz müttəfiqi Ukraynaya necə yardım edirdə, Rusiya da müttəfiqi İrana o cür yardım edir… Nə söhbət, mübahisə ola bilir?
Bəs nə ola bilərdi, bu
səfərdə əsil real səbəb?
Məntiqlə, ABŞ prezidenti tərəfindən göndərilən MKİ-in rəhbəri Moskvaya söz-söhbət dəyişməsi deyil, öz fəaliyyəti və səlahiyyətinə aid konkret məsələlər üçün gələr. Yəni , Rusiyanın həddini aşaraq, bu son vaxtlar ABŞ, NATO və müttəfiqi Avropanın həyati maraqlarına xüsusi təhlükəli toxunma məqsədli gizli planları və tədbirləri barədə ABŞ-ın bilgili olmasını və Rusiyanı bu cür yanlış fikirlərdən çəkindirmək barədə ABŞ, Qərbin Kremlə ciddi xəbərdarlığını çatdırmaq.
Bunun üçün MKİ başçısı Retkliff Moskvaya təbii ki, əliboş gəlməyəcəkdi. Və Rusiyanın təhlükəli planı və hazırlıqlarını sübut edən konkret kəşfiyyatla əldə edilmiş danılmaz məlumat, faktları gətirib, Rusiyanın məxfi orqanları rəhbərləri masası üzərinə qoyub. Faktlar, məlumatlar isə yəqin ki, Kremlin ən məxfi və dərin guşələrində və həm də xüsusi xidmət sferalarında hazırlanan materiallar, təhlükəli hazırlıq planları olub, ABŞ tərəfinin əlinə düşən. MKİ “qulağı-gözü” hər yerdədir.
Təbii ki, bu fakt materiallar dərhal da Putinə çatdırılıb. Və zatən, Putin həmin görüşü özü, bütün texniki görmə və eşitmə vasitələri ilə diqqətlə izləyib. Və bununla da, ABŞ Rusiyaya həm də öz, kəşfiyyat imkan gücünü göstərib.
Kremlin, ABŞ, Qərbin maraqlarına toxunacaq təhlükəli hazırlıq planları və tədbirləri hansılar ola bilər?
1. Ukrayna müharibəsində Rusiya tərəf ciddi hazırlıq gördüyü son hücum kampaniyasında uğursuzluğu görüb, Ukraynada taktiki nüvə raketindən istifadə etməsi. Bununla da qorxu yaradıb, Ukraynanı təslim etdirmək məqsədi.
2. Rusiyanın Qərb və NATO nəbzini yoxlamaq üçün onun üzvləri olan Pribaltika dövlətlərinə hərbi basqını ola bilməsi.
3. ABŞ və Avropanın maraq sahəsində olan digər Postsovet məkanı dövlətlərinə, xüsusən də, Kremlin son vaxtlar təhdidini gücləndirdiyi Cənubi Qafqaz region ölkələrinə, Zəngəzur beynəlxalq yoluna qarşı hərbi müdaxilə kimi planlsrı və hazırlığının ola bilməsi… Və sairlər.
ABŞ MKİ rəhbəri bu səfərində çox yəqin ki, Rusiyanın bu plan və hazırlıqları barədə ciddi faktlar ortaya qoyub, Kremlin bu cür addımları olarsa, bütün Avropa, dünyaya təhdid, təhlükə olacağını və Rusiyanın ciddi cavab ala biləcəyi ona elan edib. Yəni sadə desək: “odla oynama”.
Belə görünür ki, Moskvaya MKİ rəhbərinin səfəri, Rusiyanın hərəkətlərinə qarşı hərbi cavablı hazırlıqlar ehtimallarını da əhatə edir.
Bunu, MKİ direktoru Ratkliffin ABŞ-a, geriyə qayıtdıqdan dərhal sonra Müdafiə Naziri Pit Heqset və Birləşmiş Qərargah sədri general Den Keynin müşayiəti ilə Ağ Evə, D. Trampın qəbuluna getməsi də səfərin ABŞ hökuməti üçün xüsusi hərbi əhəmiyyətliyini sübut edir.
Düşünürəm ki, ABŞ Kəşfiyyatı (MTİ) rəhbəri C. Retkliffin Moskva səfəri vaxtında, düşünülmüş və effektli addım idi. Kremli, Putini ayıldıb bəzi addımlardan, planlardan çəkindirə bilməsi ilə. Hər halda, hamı üçün ən yaxşı variant sülhdür, inadcıllığı buraxıb, sülhə gəlmək, ən vacibidir!
