22 C
Bakı
16 Oktyabr 2026 11:02
DünyaSiyasət

Paşinyanın əsas hədəfi: Konstitusiya referendumuna gedən yolu açmaq

Baş nazir Nikol Paşinyanın təlimatıyla radikal müxalifət liderlərinin korrupsiya əməllərinə görə həbslərinin və kilsə rəhbərinin neytrallaşdırması çalışmasının arxasındakı səbəblərindən biri və bəlkə də başlıcası Konstitusiya dəyişikliyi ilə bağlıdır.

Ermənistan hökumətinin ölkənin 2026–2031-ci illər üzrə inkişaf proqramında Azərbaycan və Türkiyə ilə münasibətlərə dair əsas siyasət istiqamətlər yer alıb. Proqrama əsasən, Ermənistan hakimiyyəti Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin imzalanması və ratifikasiyası istiqamətində işləri davam etdirmək niyyətindədir.

Sənəddə Ermənistanın yeni Konstitusiyasının qəbul edilməsi planlarından da bəhs olunur. Sənəd layihəsinin ictimai müzakirəyə çıxarılması, daha sonra isə referendumun keçirilməsi nəzərdə tutulur. Bunun üçün Paşinyan yeni Konstitusiya layihəsinin qəbuluna əngəl olacaq fiqurları neytrallaşdırmaqla referendumun yolunu açmaq məcburiyyətindədir.

Bununla Rusiyanın Ermənistanda xaos yaratmaq imkanları minimuma endiriləcək. Paşinyanın bu strategiyası doğrudur, bölgədə sülhə və sabitliyə mane olacaq əngəllər ortadan qaldırılmalıdır.

 

Elxan Şahinoğlu

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə doqquz ildən sonra ilk dəfə Ermənistanın Müstəqillik Gününü yüksək səviyyədə qeyd etdi

redaktor

“Krasnov”un siyasi ömrü gödəldikcə Putinin ondan tələbləri artacaq

redaktor

Zelenskinin Trampla bağlı  sərt tənqidi fikirləri ilə bağlı Avropa liderlərinin təşvişi (şoka düşüblər.)

redaktor