Ermənistanın Baş naziri Nikol Paşinyan vətəndaşların istəsə, Respublika Meydanında asılmağa hazırdır.
O, bunu avqustun 27-də keçirilən brifinqdə müxalifətə səs verən bəzi vətəndaşların kütləvi həbslər və cəzalar tələb etməməsi ilə bağlı suala cavab olaraq bildirib.
Paşinyan bildirib ki, əgər ermənilər hakimiyyətin hərəkətlərini səhv hesab edirlərsə, küçələrə çıxıb inqilab etmək hüququna malikdirlər.
“Qoy Köçəryanın, Tsarukyanın və digərlərinin əmlakı, Kaluqa oliqarxı və Serj Sarkisyanın vicdanla qazandığı sərvət adına küçələrə çıxsınlar. Bunu bütün hörmətimlə deyirəm. Qoy bizi hakimiyyətdən uzaqlaşdırsınlar, ən sevimli və dürüst Köçəryanı, Sarkisyanı və Tsarukyanı gətirsinlər və Respublika Meydanında assınlar. Mən bu ssenari ilə razıyam. Xalqın qərarı mənim üçün müzakirə mövzusu deyil”, – Paşinyan bəyan edib.
