Rusiya Ukraynanın Rusiyanın iqtisadi və ticarət infrastrukturuna endirdiyi zərbələrə “sərt” cavab verəcək. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Bloomberg-ə açıqlamasında bildirib.
Peskovun sözlərinə görə, Ukraynanın hücumları Rusiyanın iqtisadi və ticarət infrastrukturunun fəaliyyətini pozmağa və bununla da Moskvanı cavab verməyə təhrik etməyə yönəlib.
“Bu, sərt cavab olacaq”, – deyə Kreml nümayəndəsi vurğulayıb.
Bununla yanaşı, Peskov Moskvanın hərbi eskalasiyanın daha da artmasında maraqlı olmadığını qeyd edib. Onun sözlərinə görə, Rusiya ordusu irəliləməkdə davam edir və buna görə də Rusiyanın eskalasiyanı gücləndirməsinə ehtiyac yoxdur.
