DünyaSiyasət

İranla gizli diplomatiya: üç yol Tehrana gedir

Bir tərəfdən ABŞ İrana qarşı “Economic D-Day” elan edir.

Digər tərəfdən isə İranla danışıqların bərpası üçün regionda intensiv diplomatiya gedir.

Hazırda üç əsas vasitəçi kanal görünür:

Pakistan.
Qətər.
Oman.

Ən maraqlı kanal Pakistandır.

Pakistan ordusunun rəhbəri feldmarşal Asim Munir Tehrana getməzdən əvvəl Donald Trampla danışıb.

Sonra Munir Pakistanın daxili işlər naziri Mohsin Naqvi ilə birlikdə Tehrana gedib.

Pakistan tərəfi görüşlərdən sonra çox diqqətçəkən ifadə işlədib:

“Significant progress” – əhəmiyyətli irəliləyiş.
İkinci kanal Qətərdir.

Qətərin baş naziri və xarici işlər naziri Şeyx Mohammed bin Abdulrahman Al Thani də Tehranla əlaqədədir.

Qətərin əsas məqsədi ABŞ–İran siyasi dialoqunu yenidən hərəkətə gətirmək və Hörmüzdə normal gəmiçiliyin bərpasına kömək etməkdir.

Üçüncü kanal Omandır.

Oman isə daha konkret olaraq Hörmüz boğazının gələcək rejimini müzakirə edir:

gəmilərin keçidi,
minaların təmizlənməsi,
müvəqqəti dəhlizlər,
boğaza nəzarət və digər texniki məsələlər.

ABŞ və İran arasında tammiqyaslı birbaşa danışıqlar hələ bərpa olunmayıb.

Amma danışıqların özündən əvvəl, danışıqları yenidən başlatmaq üçün çox ciddi danışıqlar gedir.

Bu da Tramp strategiyasının ikinci tərəfini göstərir: Bir əl İranın iqtisadi boğazını sıxır.

Digər əl ona diplomatik çıxış qapısını göstərir…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan Türkiyə–İsrail gərginliyində yenidən vasitəçi ola bilər

redaktor

Moskvanın Azərbaycana qarşı təxribat siyasəti

redaktor

Paşinyan: “Qoy bizi Respublika Meydanında assınlar”

redaktor