Bu gün Azərbaycan və Özbəkistan arasında çox mühüm sənədlər imzalandı. Mərkəzi Asiyanın bu dövləti ilə Azərbaycan arasında əlaqələr tarixən olub. Lakin bir tarixi fakt var ki, onu az adam bilir.
1868-ci ildə Səmərqənd Çar Rusiyası tərəfindən işğal edildikdən və Zaqaspi dəmir yolu çəkildikdən sonra şəhər böyük ticarət mərkəzinə çevrildi. 1880-ci illərdən etibarən Şuşadan, Şamaxıdan, Naxçıvandan və Bakıdan olan xalçaçı, ipəkçi, dəriçi və at alverçiləri Səmərqəndə axışmağa başladılar.
Bura köçən və həyatlarını bu şəhər ilə bağlayan azərbaycanlılar Səmərqəndin köhnə şəhər hissəsində, məşhur Registan meydanı ilə Bibi-Xanım məscidi arasındakı ərazidə hissə hissə yerləşməyə başladılar və zamanla burada bir böyük məhəllə yarandı. Yerli sakinlər buranı “Məhəllə-i Qarabağiyan” ( “Qarabağlılar məhəlləsi”) adlandırdı.
Məlumat üçün deyim ki, burada İran mərhələsi, Pəncab məhəlləsi və digər məhəllər də var idi. Lakin Qarabağdan olan şəxslər yerli köhnə icmadan fərqləndirmək, öz aralarındakı Şuşa/Qarabağ ticarət şəbəkəsini qorumaq üçün öz daxili küçələrinin və karvansaralarının məhz “Qarabağ” adı ilə tanınmasında maraqlı idilər. Buna görə də yerli sakinlər bunlar ilə ünsiyyətdə olduqdan sonra onların dediyi adla buranı adlandırmağa başladılar.
Buraya köçən Azərbaycanlılar gəldikləri şəhərlərin memarlıq və mədəniyyətlərinə dair adətləri burada yaşatmağa çalışırdılar. Bakıdan olan şəxslər xüsusilə hamam və yeməkxanalar yaradırdı. Qarabağdan gələnlər isə Şuşada olan evlər kimi öz evlərini düzəldirdilər.Qarabağlılar həyətə baxan açıq şüşəbəndlər və daş bünövrəli memarlıq elementləri olan evlər tikirdilər. Qarabağ və digər şəhərlərdən olan xalçaçılıq məktəbi də burda təbliğ edilirdi.
Qarabağdan atlar da bura gətirilirdi ki, mərhələdə xüsusi bazar da təşkil edilmişdi buna görə. Hətta kiçik teatr qrupu da var idi ki, burada Qarabağla bağlı muğam gecələri də təşkil edilirdi.
Məşhur xanəndə və tarzanlar yerli özbək musiqiçiləri ilə qurduğu ünsiyyət nəticəsində Səmərqənd və Buxara musiqiçiləri Azərbaycan tarını və muğam dəstgahlarının bəzi hissələrini öz ifa tərzlərinə əlavə etmiş idilər.
Ötən əsrin əvvələrində bu mərhələdə Üzeyir bəyin, Cəlil Məmmədquluzadə, Sabir və digər şəxslərin əsərləri ilə yanaşı “Molla Nəsrəddin” jurnalı da yayılırdı.Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”, “Arşın mal alan” kimi operettalarını Səmərqənddə səhnələşdiririlmiş idi.
1918-ci ildə Bakıda və Qarabağda baş verən mart qırğınları və gərginliklər zamanı Qarabağdan olan bəzi ailələr öz qohumlarının yanına Səmərqənddəki bu məhəlləyə pənah aparmışdılar. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra isə Cümhuriyyət tərəfdarı olan bəzi ailələr bura köçüb yaşayırdılar.
Sovet hakimiyyətinin möhkəmlənməsi ilə məhəllənin taleyi kəskin dəyişdi. Qarabağlı tacirlər və ailələrin əksəri “kulak” və “burjua elementi” elan edilərək həbs olundu və ya Sibirə sürgün edildi. Məhəllədə qalan ailələr isə repressiyadan qorunmaq üçün öz soyadlarını “Şuşinski” və ya “Qarabağlı” və digərlərini yerli özbək/tacik formalarına uyğunlaşdırdılar.
Səmərqəndin toponimik xəritəsi yenidən işləndi və Qarabağlı kimi adları olan məhəllərin adı dəyişdi, mikrorayona çevrildi ya da bolşeviklərin adı ilə əvəzləndi.
Bu günün özündə də orda yaşlı insanlardan soruşanda Qarabağdan gələnlərin köhnə həyətləri göstərə bilirlər.
Qeyd edim ki, 1966-cı ildə Daşkənddə baş verən dəhşətli zəlzələdən sonra şəhər darmadağın olanda, Azərbaycan memarları və inşaatçıları dərhal köməyə yollandılar. Daşkənddə sıfırdan tikilən yaşayış massivlərindən biri məhz azərbaycanlı ustaların dəsti-xətti ilə inşa edildi və uzun illər yerli əhali arasında “Azərbaycan məhəlləsi” adlandı.
Mənbələr:
Türkistan general-gubernatorunun dəftərxanası (Fond İ-1, Siyahı 1, İş 412, 115–118).
Səmərqənd vilayət idarəsinin ticarət və əhali hərəkəti haqqında hesabatı. (Fond İ-18, Siyahı 2, İş 89, s. 45–52).
Səmərqənd şəhərində şiə məzhəbli şəxslərə məxsus ticarət-sənaye müəssisələri haqqında məlumatlar] (Fond İ-1: Kantselyariya Turkestanskogo qeneral-gubernatora, Siyahı 11, İş 1420, s. 54–61).
Özbəkistan Respublikası Mərkəzi Dövlət Arxivi, Daşkənd və kitablardan
Халфин, Н. А. (1965). Присоединение Средней Азии к России (60–90-е гг. XIX в.).
Сухарева, О. А. (1976). Квартальная община позднефеодального города Бухары (в связи с историей кварталов). Наука.
