22 Avqust 2026 tarixdə İran prezidenti Məsud Pezeşkian gözlənilməz, beynəlxalq dairələrdə və mediada təəccüblər yaradan bəyanat yayıb. Hazırkı münaqişənin yalnız, diplomatik həllini görərək, hərbi həlli İran üçün mümkünsüz bilib.
Onun bu mövqeyi isə hərbi əməliyyatlarpn son anadək davam etdirilməsində israr edən hərbi, təhlükəsizlik rəsmilərinin, SEPAH-ın və radikal, ayətullaların da mövqeyilə ziddiyyət təşkil edir. Przeşkianın qətiyyətli və özünə risqli addımıdır.
Bloomberg-in məlumatına görə, İran Prezidenti Tehranın nə qədər ki, “gücü və ləyaqəti” olduğu müddətdə ABŞ-la bu müharibəyə son qoymağa çağırıb. Yəni, nə qədər ki, gücümüz, ləyaqıtimizi itirməmişik, “üzü sulu” müharibəni bitirməliyik!.
Pezeşkianın bu son açıqlaması ABŞ Prezidenti Tramp və Maliyyə Naziri Bessentin İranı və həm də onun ticarət tərəfdaşlarını iqtisadi cəhətdən sıxıb təcrid etmə barədə planlarının açıqlaması sonrası verilib. Bəli, təzyiqlər İranı çökdürə bilər. Və onunla iqtisadi əməkdaşlıq edən ölkə, İrana görə özünü ABŞ-ın hədəflərinə çətin ki, gətirsin.
İranda isə, onsuz da inflyasiya sərt artıb, milli valyuta məzənnəsi rekord dərəcə aşağı düşüb.
Buna baxmayaraq, bəzi İran rəsmiləri, xüsusən də hərbi rəhbərlər, Pezeşkian və digər islahatçı liderlərin mövqeyini tənqidlə, əksinə gedrlər. Və bu arada, SEPAH da tələsik, “hücum doktrinası” qəbul edib: hansı ki “düşmən ərazisində” döyüş əməliyyatlarının dəstəklənməsini nəzərdə tutur.
Belə görünür ki, İranda prezident Pezeşkianın liderliyi ilə, xarici işlər naziri Abbas Aragchi və Milli Məclis sədri Məhəmməd Baqer Qalibafın və s. mütərəqqi, islahatçı yönlü səlahiyyətlilər birliyində siyasi tərəf yaranmaq üzrədir. Hansı ki, münaqişənin sülhlə bitməsini istəyir. Görək.
Və o da görünür ki, ABŞ təkid etdiyi sülh yolu, şərtləri İranın xalqını, islahatçı qüvvələri təmin etsə də, hərbi SEPAH rejimini, konservativ həm radikal dini liderləri, ayətullaiarı isə qane etmir. Niyə? Çünki bu şərtlər onların hakim və zorba mövqelərinin alınması, ya zəifləməsi yönlüdür.
Mənbələr:
Bloomberg.com
https://www.bloomberg.com/news/articles/2026-08-21/iranian-president-calls-for-end-to-us-war-while-tehran-is-ahead
Aljazeera.com
https://www.google.com/amp/s/www.aljazeera.com/amp/news/2026/8/22/iranian-president-says-time-to-end-war-with-us-from-position-of
https://www.google.com/url?q=https://korrespondent.net/world/4905193-prezydent-yrana-pryzval-zavershyt-voinu-s-ssha
