CəmiyyətDünya

NVIDIA məsələsi

İohann Qutenberq XV əsrdə çap maşınını icad etdi və bu kəşf Avropada Orta əsrlərin sonunu gətirərək Yeni Dövrün başlanğıcı oldu. Qutenberqin çap maşını olmadan maarifçilik hərəkatı kütləvi hərəkata çevrilərək uğurlu ola bilməzdi. Maarifçilik hərəkatı kütləvləşərək bizim çoğrafiayaya gəlib çatmsaydı Mirzə Fətəli Axundzadə olmazdı. Mirzə Fətəli olmasaydı çağdaş Azərbaycan xalqı olmazdı.

İstanbulu 1453-cü ildə fəht edən və bununla tarixə Fateh Sultan Mehmet kimi düşən, Osmanlı sultanlarının arasında ən intellektual sultan hesab olunan II Mehmet mətbəəni qadağan etməklə Osmanlı dövlətinin liderlik etdiyi Şərqin uzun müddət cəhalətin girdabında qalmasına səbəb oldu. Şərq bu gün də cəhalətdən xilas olmayıb. Çünki, mərbəənin bir neçə əsr qadağan edilməsi yalnız texnoloji geriliyə səbəb olmayıb. Eyni zamanda zehni gerilik yaradıb. Şərqin elm, mədəniyyət və texnologiyada Qərbdən bir neçə əsrlik geriliyinin əsas səbəblərindən biri, bəlkə də birincisi mətbəənin qadağan edilməsidir.

Bu gün süni intellekt ətrafında gedən prosesə fərqli münasibət, çap maşınına münasibətin iki çoğrafiyanın taleyində oynadığı müsbət və məşum təsirini xatırladır.
Yeddi il öncə o zaman çox da böyük olmayan NVIDIA potensial rəqibi Intel-i qabaqlamaq üçün Mellanox şirkətini satın alanda bu sövdələşmənin bir neçə il sonra İsrail üçün önəmli təsirlər doğuracağını 1999-cı ildə çox az adam təsəvvür edirdi. O zaman NVIDIA-nın bazar kapitallaşması təxminən 140 milyard dollar təşkil edirdi və bazar kapitallaşması 100 milyarda yaxın olan Rusiyanın qaz nəhəngi “Qazprom”dan çox da baha deyildi. Bu gün “Qazprom”-un bazar kapitallaşması təxminən 35 milyard dollar, NVIDIA-nın səhmlərinin ümumi dəyəri 5 trilyon dollar ərəfəsindədir.

NVIDIA-nın bazar kapitallaşmasının 5 trilyon dollara çatmasının nə anlamına gəldiyi daha yaxşı aydın olsun deyə qeyd edim ki, Türkiyənin bütün şirkətlərinin ümumi dəyəri 500 miyard dollardan azdır. Yəni, NVIDIA-nın səhmlərinin 10 faizi Türkiyənin bütün şirkətlərinin ümumi dəyərindən bahadır.
Bu statistikanın çap maşınına qarşı çıxan zehniyyətin davamçılarının, elm və texnologiyanın üstünlüyünü inkar edənlərin fikirlərinə təsir etməyəcəyini bilirəm. Bu yazıları Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai(Səfəvi), Mirzə Fətəli Axundzadə və Mirzə Ələkbər Sabirin maarifçilik çağrışlarının ardınca gedənlər üçün yazıram.

NVIDIA-nın İsraildəki fəaliyyəti son illər ölkənin Ümum Daxili Məhsulunun ən azı bir faiz artımına səbəb olub. Ötən il, İsrailin ÜDM-nin artımı 3,5 faiz olub. İsarilin rəsmi qurumlarına görə, əgər NVIDIA olmasaydı, ÜDM-nin artımı cəmi 2,1 faiz olardı. NVIDIA-nın İsraildəki törəmə şirkəti 2025-ci ildə təxminən 40 milyard dollar gəlir əldə edərək ölkənin ÜDM-inə əhəmiyyətli töhfə verib. NVIDIA-nın İsraildəki fəaliyyətindən əldə edilən vergilər 1,28 milyard dollar olub.

NVIDIA-nın fəaliyyəti sayəsində ÜDM-i artan İsrail növbəti üç il üçün müdafiə xərclərini hazırkı 70 milyard şekeldən (təxminən 19,4 milyard dollar) 90 milyard şekelə (təxminən 25 milyard dollar) qədər artırmağı hədəfləyir. Bu təxminən Türkiyənin hərbi büdcəsinə bərabərdir.

NVIDIA-nın Ermənistan və Qazaxıstandakı fəaliyyəti qənaətimcə bu ölkələrin müstəqillik dövrünün ən böyük uğurudur. Qənaətimcə bir neçə on ildən, bəlkə də bir neçə ildən sonra elə bir vəziyyət yaranacaq ki, hansı dövlətin və xalqın hansı ərazilərə sahib olması şəri xarakter daşıyacaq. Həlledici amil hansı dövlətin və xalqın hansı texnologiyaya sahib olması olacaq.

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

“Son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılıb”

redaktor

Azərbaycan vətəndaşı Kamçatkada köməksiz vəziyyətdə qalıb

redaktor

Medvedev müharibəni tərk edən və əleyhinə çıxış edən rusları “xainlər” və “əclaflar” adlandırdı

redaktor