22 C
Bakı
16 Oktyabr 2026 10:16
CəmiyyətDünyaHadisə

Azərbaycan vətəndaşı Kamçatkada köməksiz vəziyyətdə qalıb

Səyyahın özünün sosial media hesabından yaydığı məlumata görə, turistlər Tanqivaşka çayı yaxınlığındakı Kleşnya dayanacağında təcrid olunublar.

Bildirilib ki, güclü sel nəticəsində yolun 30 kilometrlik geri dönüş hissəsi yuyulub, çay məcrasından çıxıb və ərazidən geri qayıtmaq mümkün deyil.

Dolivetsin sözlərinə görə, onun daxil olduğu turist qrupu 16 nəfərdən ibarətdir və onlar “Ural” markalı avtomobildədirlər. Ərazidə ümumilikdə təxminən 100 nəfərin xarici aləmlə əlaqəsinin kəsildiyi bildirilir. Onların arasında Azərbaycanla yanaşı, Çin, Belarus, İsrail və Rusiya vətəndaşları da var.

Səyyah qeyd edib ki, turistlərin ərzaq ehtiyatı cəmi bir günə kifayət edəcək.

T.Dolivets həmçinin internet bağlantısının olmadığını, mesajı göndərmək üçün xüsusi olaraq rabitənin mövcud olduğu yeganə yerə getdiklərini bildirib. O, bundan sonra internetə çıxışının olmayacağı üçün göndərilən mesajlara cavab verə bilməyəcəyini də qeyd edib.(Trend)

 

Tacxeber.com

Oxşar xəbərlər

“Krasnov”un siyasi ömrü gödəldikcə Putinin ondan tələbləri artacaq

redaktor

Zelenskinin Trampla bağlı  sərt tənqidi fikirləri ilə bağlı Avropa liderlərinin təşvişi (şoka düşüblər.)

redaktor

Azərbaycan Qanunvericiliyi uşaqların dini barədə nə deyir? Və nələr edilməsi yaxşı olar?

redaktor