29 C
Bakı
18 Avqust 2026 19:45
Tarix

Həcəri istəsən, çənli beldə gəz…

Nəbi öldürülsə də, Həcər bir müddət dəstəyə başçılıq edib. Lakin sonralar o da silahı yerə qoyub. Həcərin sonralar xalçaçılıqla məşğul olması haqda məlumatlar var.

Həcər 1860-cü ildə Gəncə vilayəti, Zəngəzur qəzasının (indiki Qubadlı rayonunun) Yuxarı Mollu kəndində anadan olmuşdur. Onun atası Molla Xanalı ortabab kəndli idi. Həcər təkcə at çapmaqda deyil, eyni zamanda sərrast atıcılıqda dəstədəkı bir çox kişini üstələyirdi.

Döyüşlərdə sərtliyi və cəsarəti ilə tanınsa da, dinc əhali və kasıblar arasında öz mərhəmətinə, xeyriyyəçiliyinə görə “Ağca xanım” deyə çağırılırdı.

Həcər təkcə çar kazaklarına qarşı deyil, XIX əsrin sonlarında Zəngəzur və Qarabağ kəndlərinə basqın edən silahlı erməni quldur dəstələrinə karşı da yerli dinc əhalinin müdafiəsində fəal iştirak etmişdir.

Nəbi öldürülüdükdən sonra ruslar Həcərdən onun silahlarını təhvil verməsini tələb etmişdilər. Lakin Həcər “Nəbinin tüfəngi düşmən əlinə keçə bilməz” deyərək silahı verməkdən imtina etmiş və onu gizlətmişdir.

Nəbinin 1896-cı ildə xaincəsinə qətlə yetirilməsindən sonra Həcər Tiflisdə bir müddət həbsdə saxlanılıb. Həbsdə olarkən onunla dindirmə apararkən onun polad kimi möhkəm iradəsinə təəccüblənmişdilər. O, sorğu-sual zamanı heç bir dəstə üzvünün adını çəkməmiş, bütün məsuliyyəti öz üzərinə götürərək:

“Biz dağlara kefimizdən çəkilmədik, bəylərin zülmü bizi buralara gətirdi” cavabını vermişdi.

Həcər Tiflis həbsxanasından azad edildikdən sonra tək-tənha və təhlükə altında qalmışdı. O dövrün sosial-mənəvi şərtlərinə, adət-ənənələrinə görə, kənd ağsaqqallarının və qohumlarının məsləhəti ilə Həcərin mühafizə olunması, çar polislərinin təqiblərindən qorunması və dinc həyata qayıtması üçün onun Həmzə ilə ailə qurması uyğun bilinmişdir.

Həcər Həmzə ilə Molluda çox yaşayır. Həcərin Nəbidən övladı olmayıb. Həmzədən isə onun bir qızı olmuşdur. (Bəzi qeydlərə görə övladı olmayıb) Həmzə evlilikləri boyunca Həcərin Qaçaq Nəbi ilə bağlı xatirələrinə, saxladığı əşyalara böyük hörmətlə yanaşmış, onun kənddəki nüfuzuna kölgə salacaq heç bir addım atmamışdır.

Həmzə ilə evləndikdən sonra da Həcər kənddə sadəcə bir kəndli qadın kimi qalmadı. O, kənd ağsaqqallarının məclislərində sözü keçən, mübahisələri həll edən, yerli əhalinin çətinliyə düşəndə məsləhət üçün müraciət etdiyi nüfuzlu bir xanım kimi yaşadı. Həmzə də onun bu ictimai mövqeyinə hər zaman dəstək oldu.

Həcərin Nəbinin öldürülməsindən sonra guya erməniyə ərə getməsi haqda xəbəri ilk dəfə Rusiya mətbuatı yayıb.

Bu, ötən əsrin 70-ci illərinə təsadüf edir. Daha sonra gürcü mətbuatı Nəbiyə qarşı əks-təbliğata başladı. Təəssüf ki, sonralar bizim bəzi tədqiqatçılar da rus, gürcü mətbuatında Nəbi və Həcər haqqında dərc olunmuş böhtanları yayımlamağa başladılar.

Həcərə qarşı çirkin təbliğat qəhrəman qadın obrazlarının məhvinə, yaddaşlardan silinməsinə hesablanıb.Həcər barəsində böhtanları çap edən bəzi tədqiqatçılarımız özləri də bilmədən bununla saxta erməni təbliğatına yardım edirlər.

Çar Rusiyası, Gürcüstan və Gəncə zonasında arxiv sənədlərində, istərsə də Azərbaycan arxivlərində Həcərin başqa millətdən olan şəxslə ailə qurması barədə bir cümlə yoxdur.

Həcər 1914-cü ildə vəfat edəndə Həmzə və kənd camaatı onu böyük ehtiramla kənd qəbiristanlığında dəfn etmişdilər. Sovet dövründə və sonrakı illərdə də yerli əhali Həcərin məzarını Nəbinin adından ayrılmaz bir ziyarətgah kimi qoruyub saxlamışdır.

 

Prof.Dr.Zaur Aliyev

Tacxeber.com

Oxşar xəbərlər

Nəsib Nəsiblinin “kəşfi”

redaktor

Ziyaülhəqqin müəmmalı ölümü: qəza, yoxsa sui-qəsd?

redaktor

“Biz insana insan kimi, qurd-quşa da öz dilində cavab veririk.”-Qaçaq Nəbi

redaktor