25 C
Bakı
17 Avqust 2026 12:06
Hadisəİdman

“Sumqayıt”ın oyunçusu özünə xəsarət yetirdi – Karyerası bitə bilər

Səbuhi Abdullazadə karyerasını erkən başa vura bilər. Buna “Sumqayıt”ın kapitanının özünə xəsarət yetirməsi səbəb olub.

24 yaşlı yarımmüdafiəçisi dünən Misli Premyer Liqasının ilk turunun “Nefti” ilə oyununda (1:3) xoşagəlməz hadisə ilə üzləşib. 74-cü dəqiqədə rəqibini vurduğu üçün birbaşa qırmzı vərəqə alan Səbuhi daha sonra özünü zədələyib.

O, meydanı tərk edərkən stadionunun dəhlizin qapısının şüşəsinə əli ilə zərbə vurub. Bu zaman böyük şüşə parçası qırılaraq onun ayağının üstünə düşüb. Pis olan futbolçunun ayaq vətərlərinin kəsilməsidir. Vəziyyət o qədər kritikdir ki, Səbuhi, ümumiyyətlə, karyerasını bitirə bilər. Hətta onun sağ ayağının normal fəaliyyət göstərməsi inandırıcı görünmür.

Abdullazadə bu gün təcili əməliyyat olunacaq. Həkimlər indidən xoş olmayan proqnozlar verir, çünki vətərlərin bu şəkildə kəsilməsi yaxşı əlamət deyil. O, ən yüksək səviyyəli tibbi müdaxilə ilə sağlamlığına qovuşacaqsa da, yaşıl meydanlara qayıtması uzun zaman alacaq. Ümid edirik, hər şey yaxşı olar və milli komandamızın da üzvü olan yarımmüdafiəçi yersiz əsəbin gətirdiyi fəsadın güdazına getməz. (Futbolinfo.az)

Oxşar xəbərlər

“Qarabağ” Zubirin getdiyini – Rəsmən açıqladı

admin

27 illik zorakılıqdan sonra həyatına son qoyan qadının ərinə minimum cəza verilib: “Məni sən öldürdün”

admin

Emin Ağalarov Sea Breeze-dəki hadisədən yazdı

redaktor