26 C
Bakı
16 Avqust 2026 23:35
DünyaTarix

Bir fotonun izi ilə- erməni yalan təbliğatının qurbanı olan yaşlı qadın

Erməni yalanları dünyanın əksər yerlərində elə yayılıb ki, onların iç üzünü və əsl simasını tanımayanlar inanırlar. Çoxsaylı erməni yalanların ifşa etmişik bu günə qədər.

Bu gün də ifşa olunan bir yalan da 2017-ci ildə Magnum Photography Awards mükafatı alan bu qoca qadının fotosudur. Ermənilər iddia edirlər ki, guya bu qoca 106 yaşında əlinə avtomat silah alaraq “öz kəndini” qoruyur.

İndi gəlin uzun zamandır sosial medianı aldadan bu fotonun tarixini və qadının kimliyini aşkara çıxaraq və erməni yalanlarından birini də ifşa edək.

Bu fotonun orjinalı belə adla qeyd edilib:
“A 106-year-old Armenian woman protecting her home with an AKM” ( Tərcüməsi: Evini AKM ilə qoruyan 106 yaşlı erməni qadın)
Fotonun müəllifi Armine Yohannesindir. İranda andan olan erməni əsilli fotoqraf birinci Qarabağ müharibəsi dövründə qanunsuz olaraq işğal altında olan Azərbaycan torpaqlarına gəlib və hadisələri yalnız erməni tərəfinin “fədakar, məzlum və özünü müdafiə edən” nöqteyi-nəzərindən lentə alıb.

Foto 1990-cı ilə aiddir. Fotoda duran qadının adı Sima Dədəyandır. (bəzi mənbələrdə Sima Arakelyan). Fotoda qeyd edildiyi kimi 106 yaşı yox, 81 yaşı olub. Fotoqraf evinin qarşısında duran yaşlı qadını görərək ona yaxınlaşıb və yaxında olan terrorçu ermənidən silahı alaraq onun əlinə verib və belə pozada fotosunu çəkib.

Daha sonra fotonun beynəlxalq mediada təqdimatı elə qurulmuşdu ki, sanki bu qadın real döyüşçüdür və evinin qabağında postda durub.

Maraqlı faktlardan biri budur ki, fotoqraf onunla erməni dilində danışmağa cəhd etsə də Sima ona Azərbaycan dilində cavab verib. Yerli ermənilərin öz ana dillərində danışmaqda çətinliklər çəkdiyini fotoqraf sonradan etiraf etməli olub.

Diqqət edilməsi məsələlərdən biri də budur ki, əslində bu foto elə bir kənddə çəkilib ki, nə birinci nə də ikinci Qarabağ müharibəsi dövründə orada bir güllə belə atılmayıb. Döyüş bölgəsinə yaxın olsa da heç bir formada Azərbaycan tərəfdən ora atəş belə açılmayıb.

Daha bir maraqlı fakt budur ki, yaşlı qadının AKMS avtomatının çəkisi təxminən 3.8 — 4 kiloqramdır. 80-dən yuxarı yaşı olan, osteoporoz və oynaq ağrılarından əziyyət çəkən bir qadına bunu verən fotoqrafın getməsindən bir müddət sonra qadın silahın verdiyi ağırlıq nəticəsində zədə almış və bu isə onun ölümünü sürətləndirmişdir.

Erməni yalanları onun “qəhrəmancasına həlak olmuş döyüşçü” kimi təqdim etməyə çalışsa da, reallıqda o, sadəcə öz kəndində sümük və belində olan ağır xəstəlikdən ölüb.

Bu 1990-cı illərdə erməni mediasında gedən yazılardan bəlli olur. Bunun üçün 90-cı illərin xəbərlərini diqqətlə oxumaqla məlumat əldə etmək olar. Qeyd edim ki, foto çəkilən zaman onun ailəsi, övlad və nəvələri ilə birgə yaşayırdı və “tənha erməni qadını” mifini elə özləri bu barədə mediada verdiyi müsahibələrdə bildiriblər.

Nəvəsinin sözlərinə görə, fotoqraf kəndə gələndə nənə qapının ağzında oturubmuş və fotoqraf daha təsirli kadr almaq üçün həmin vaxt yaxınlıqdakı kənd müdafiəçilərindən birinin avtomatını gətirib onun qucağına qoyub. (mənbə: “Hayastani Hanrapetutyun” qəzeti və mediamax.am portalı )

Ermənilər elə bilir ki, onların yalan təbliğat maşını sona qədər sürətlə gedə biləcək. Daha zaman o deyil. İndi onların yalan və sürət maşınının qazını alan Azərbaycan və azərbaycanlılar var.

 

Zaur Aliyev

Tacxeber.com

Oxşar xəbərlər

Avropanın Rusiyanı çökdürmək planı niyə iflasa uğradı?

redaktor

Rusiya anbarları dağılır: Wildberries-in ən böyük yeddi mərkəzi bağlanıb

redaktor

Həlqə daralır…

redaktor