Cəmiyyət

Heç kim unudulmur, heç nə yaddan çıxmır…

Millətimizin yaddaşını yoxlamaq istədim…

Heç kim unudulmur, heç nə yaddan çıxmır…

Sadəcə, millətimizin yaddaşını yoxlamaq və kiçik bir müşahidə aparmaq istədim.

Bir zamanlar bütün millat ayağa qalxaram müstəqillik tələb edəndə, bu və bunun kimilər Azərbaycanın müstəqilliyinin əleyhinə səs vermiş, ölkəmizdə rus və erməni təbliğatına açıq və ya dolayı şəkildə dəstək vermiş, tarixi türk şəhərimiz Dəvəçi şəhərinin adının dəyişdirilməsinin təşəbbüskarı, bəzi çıxışlarında Türklüyə və türklərə qarşı sətiraltı nifrəti hiss olunan bir siyasətçini bu gün necə xatırlayırsınız?..

Qarabağın işğal altında olduğu illərdə işğalçıya qarşı ciddi mövqe nümayiş etdirməyən, haqqı tapdanan insanların müdafiəsində prinsipial mövqe ortaya qoymayan, uzun illər parlamentdə təmsil olunmasına rəğmən sosial problemlərin həlli, xüsusilə uşaqlara dövlət tərəfindən müavinət (uşaq pulu) verilməsi və aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsi kimi məsələlərdə təşəbbüs göstərməyən bir insan haqqında ölümündən sonra yalnız “rəhmət” deməkmi lazımdır?

Mən burada kiməsə lənət oxumağı təbliğ etmirəm. Sadəcə, bir sual məni çox düşündürur.

Doğrudanmı ölüm insanın bütün əməllərini, məsuliyyətini və cinayətlərini avtomatik olaraq silirmi?

Məncə, milli yaddaş məhz belə məqamlarda özünü göstərməlidir…

Milləti millət edən amillərdən biri də onun keçmişini unutmaması, kimlərin nə etdiyini xatırlaması və tarixə emosiyalarla deyil, vicdanla və ədalətlə qiymət verməsidir.

Heç kim unudulmur. Heç nə yaddan çıxmır.

Gəlin görək, milli yaddaşımız nə qədər güclüdür…

Elman Mustafazadə

 

Tacxeber.com

Oxşar xəbərlər

Cavid Qurbanovun sərvətinin mənbəyi haradandır?

redaktor

Problem Emin Ağalarov deyil, hamıya eyni imkanın verilməməsidir

redaktor

“Qapını qoyub, reşotkadan” keçən iqtidar

redaktor