DünyaSiyasət

Husilər “Məkkə paktı”nı sınağa çəkir

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanın imzaladığı “Məkkə Birgə Müdafiə Sazişi”nin faydasız olacağı haqqında fikirlərimin təsdiqi üçün uzun vaxt gərəkmədi.

Avqustun 13-də Yəməndəki “Ənsarallah” hərəkatı (husilər) Səudiyyə Ərəbistana zərbələr endiriblər. Husilərin bu dəfəki hədəfi ölkənin cənubundakı Nəcran şəhərindəki Aramco neft emalı zavodu olub. Ümumiyyətlə, “Məkkə pakt” imzalanmasından ötən qısa müddət ərzində husilər Səudiyyə Ərbistanın hərbi və mülki infrastrukturlarına bir neçə dəfə zərbə endiriblər. Ölən və yaralananlar var.

“Ənsarallah” hərəkatının bu addımı Səudiyyə Ərəbistana zərbə vurmaqdan daha çox Türkiyə və Pakistana meydan oxumaqdır. “Məkkə pakt” imzalananda husilər bəyanat yayaraq Ər-Riyyada xəbərdarlıq etmişdilər ki, bu ittifaq Səudiyyə Ərəbistanını qoruya bilməz. Ankara və İslamaddan isə husilərin hücumlarıan heç bir reaksiya yoxdur. Pakistan uzun illərdir ki, Səudiyyə Ərbistanın israrlı təkidlərinə baxmayaraq husilərə qarşı hərbi əməliyyatlara qoşulmurlar. Belə görünür ki, Türkiyənin Pakistan və Səudiyyə Ərbistanı ilə üçlü ittifaq yaratması, Hakan Fidanın “Məkkə Birgə Müdafiə Sazişi”nə yeni dövlətlərin cəlb olunması üçün fəal diplomatiya aparması da İslamadın mövqeyini hələlik dəyişməyib. Pakistan əhalisnin təxminən 20 faizini təşkil edən şiələrin bir neçə il öncə Səudiyyə Ərbistanına qarşı etirazları ölkəni məzhəb savaşının bir addımlığına gətirmişdi. Bütün bunlara görə İslamad dövlət ağlı ilə hərəkət edərək Səudiyyə Ərəbistanın israrlı təkidlərinə baxmayaraq husilərə qarşı hərbi əməliyyata qoşulmur.

Ancaq indi vəziyyət faha təhlükəli vəziyyət almaqdadır. Bu bir tərəfdən Türkiyənin Pakistan və Səudiyyə Ərbistanı ilə üçlü ittifaq yaratması ilə bağlıdırsa, digər tərəfdən “Ənsarallah” hərəkatı və İraqdakı “İraq İslam Müqaviməti” şiə qruplaşmasının Səudiyyə Ərəbistanına iki tərəfdən hücum edəcəyi ilə bağlı məlumatların güclənməsidir.
“Ənsarallah” hərəkatı və İraqdakı “İraq İslam Müqaviməti” şiə qruplaşmasının Səudiyyə Ərəbistanına iki tərəfdən hücum etməsi Türkiyə və Pakistanı seçim qarşısında qoya bilərlər. Türkiyə və Pakistan imzasını və simasını qorumaq üçün “Ənsarallah” hərəkatı və “İraq İslam Müqaviməti”nə qarşı hərbi əməliyyatlara başlasalar, bu İslam tarixinin ən böyük məzhəb savşına yol aça bilər. Bu isə “Məkkə Birgə Müdafiə Sazişi”nin faydasız olduğu qədər də təhlükəli ola biləcəyi haqqında xəbərdarlığımın nə qədər doğru olduğunu göstərir.

“Ənsarallah” hərəkatı və İraqdakı “İraq İslam Müqaviməti” şiə qruplaşmasını Səudiyyə Ərəbistanına qarşı hərbi əməliyyatlara başlamaqdan çəkindirən əsas amil ABŞ-İran qarşıdurmasıdır. Əgər, ABŞ-İran qarşıdurması sülhlə başa çatsa, “Ənsarallah” hərəkatı və İraqdakı “İraq İslam Müqaviməti” şiə qruplaşması Səudiyyə Ərəbistanına hücumunun önü açılacaq.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Tramp Demokratlar Partiyasından Harrisin yenidən prezidentliyə namizədliyini irəli sürməsini təklif edib

redaktor

Tramp Hörmüz boğazını Amerika adlandıracaq

redaktor

Problem Emin Ağalarov deyil, hamıya eyni imkanın verilməməsidir

redaktor