Danimarkada qadınların könüllü hərbi xidmət keçməsinə 1998-ci ildə icazə verilib. 2025-ci il iyulun 1-dən etibarən isə məcburidir.
Amma bu məcburilik daha çox hərbi qeydiyyatla bağlıdır. Belə ki, 18 yaşına çatan oğlan və qızlar tibbi yoxlamadan keçirlər və yararlı sayılanlar qeydiyyata düşürlər. Bundan sonra onlardan könüllü olaraq xidmət etmək istəyib-istəmədikləri soruşulur. Orduda xidmət prestijli sayıldığından xeyli gənc könüllü xidmətə razılaşır və bəzən kvota elə onların hesabına dolur. Boş yerlər qaldıqda isə püşkatma keçirilir.
19 yaşlı şahzadə İzabella iki il əvvəl hərbi xidmət keçən qardaşı vəliəhd Kristian kimi orduya könüllü yazılıb. O, avqustun 3-də öz maşını ilə Slaqelse şəhərindəki Qvardiya husar alayının kazarmasına gələrək sənədlərini növbətçiyə təqdim edib.
Danimarka ordusunda hərbi xidmətin müddəti 4 ay idi, bu yaxınlarda 11 aya qaldırılıb. Amma bəzi hissələrdə, o cümlədən şahzadənin könüllü seçdiyi alayda xidmət 12 aydır.
Şahzadə indi hamı kimi saat 6-da yerindən qalxır, təmizlik işləri aparır, idman edir və hərbi hazırlıq keçir.
İzabella gündəlik 277 kron (69 manat) qida müavinətindən və aylıq 9 min kron (2250 manat) ödənişdən imtina edib. Onun bütün xərclərini ailəsi qarşılayacaq.
Azərbaycan ordusunda həqiqi hərbi xidmət keçən sıravi əsgər, yanılmıramsa, ayda 18 manat alır. Müharibə veteranlarına isə ayda 80 manat müavinət ödənilir.
“Tarixçi” whatsapp kanalı
https://whatsapp.com/channel/0029Vb6KJAEL2ATpevBzD90l
“Tarixçi” teleqram kanalı
https://t.me/yadigarsadigli
