28 C
Bakı
14 Avqust 2026 12:18
DünyaSiyasət

“Ruslar kimi satılmayın”: Kastronun Qərb haqqında tarixi xəbərdarlığı

1980-ci illərin ortalarından 2010-cu ilədək artıq Qərbin yarımmüstəmləkəsinə çevrilmiş Rusiya ABŞ-ın xoşuna gəlmək üçün dəridən-qabıqdan çıxırdı, satqın elita ölkəsinin bütün sərvətlərini Qərbə peşkəş verməyə hazır idi, Kubanı və Vyenamdakı Sovet hərbi bazalarını ABŞ-ın təklifi (əmri) ilə boşaltmışdı.

2000-ci illərin əvvəllərində məşhur amerikalı rejissor Oliver Stoun Kuba haqqında maraqlı bir sənədli film çəkir. “Fideli axtarışında” adlandırdığı film 2004-cü ildə ekranlara çıxır. Filmdə imperializm və xəyanətin mahiyyəti haqqında maraqlı bir dialoq var.

Həmin dialoq təqdim edirəm:

Oliver Stoun: Doğrudurmu ki, Henri Kisincerin Fidelə embarqonu ləğv etməyi təklif etmiş, lakin Fidelin heç onu eşitmək belə istəməmişdi?
Fidel Kastro: Onlar embarqonu ləğv etmək əvəzində ruslardan imtina etməyi və ya Latın Amerikası inqilabçılarına köməyi dayandırmağı təklif edirdilər.

Stoun: Bu hansı ildə olmuşdu?
Kastro: Onların hər il yeni tələbləri olurdu.

Stoun: Deməli, Kissincerin təkliflərini ürəyinizcə olmadı?
Kastro: Xeyr, axı onları qəbul etsəydik, köçməli olardıq, çünki artıq inqilabçı olmazdıq. Hətta ürəyimizdə xain olsaydıq və başqa bir ölkəyə xəyanət etsəydik belə heç vaxt ABŞ-a etibar etməzdik… ABŞ üçün yeganə məqbul variant – sizin satmağınızdır. Ruslar kimi. Onlar da satıldılar. Və unutmayın ki, amerikalılar arasında tarixi ənənələrə hörmət edən və düşünən çoxlu sayda yaxşı insan olsa da, ABŞ təslim olmaqdan başqa bir şeyə dözməyəcək. Düşünün, ABŞ-a bundan başqa heç nə lazım deyil. Hər şey və ya heç nə.

Rusiya Fidelin haqlı olduğunu çox gec başa düşdü.

Əgər İran 1979-cu ildən ABŞ-ın embarqosu altında yaşayırsa, Kuba ondan da əvvəl – 1960-cı ildən indiyədək ABŞ embarqoları altında yaşayır. Kuba tarixdə ən uzunmüddətli ABŞ sanksiyasına məruz qalan ölkədir. Həm də İrandan fərqli olaraq Kubanın heç bir ölkə ilə quru sərhədi yoxdur… SSRİ-dən sonra Kuba böyük əziyyətlər çəkir, çox kasıb yaşayır, lakin ABŞ-ın boyunduğunu qəbul etmir.

Hətta kasıb olmağına baxmayaraq, bəlkə də indi onu lağa qoyan çox şəxslərin həyatını xilas etmişdi: http://facebook.com/asif.shafaggatov.3/posts/3947555595560522

ABŞ nə qədər səy göstərsə də Kubada çevriliş, Maydan yarada bilmədi, nə qədər çalışsa da Fideli öldürə bilmədi. Fidel həyatına ən çox sui-qəsd cəhdi olmuş siyasətçi kimi tarixə düşdü və düz 10 il əvvəl 90 yaşında öz əcəli ilə öldü.

Dünən onun anadan olmasının 100 illiyi idi. Bəlkə də o, sonuncu böyük əsl kommunist idi.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

İranın Zəngəzur təhdidləri: hədəf Ermənistan, ya Azərbaycan və Türk dünyasıdır?

redaktor

Kiyev Moskvaya Qara dənizdə atəşkəs təklif etdi

redaktor

Hörmüz boğazıyla bağlı gərginlik azalmır

redaktor