31 C
Bakı
13 Avqust 2026 18:28
Cəmiyyət

Yaxşısı odur, bu söhbət bitsin…

Şah İsmayılı uzun illər, məktəbdən uşaqlıq və həm ilk gəncliyimizdən Azərbaycan türkünün tarixində görkəmli şəxsiyyət, başarılı dövlət qurucusu, həm, istedadlı şair kimi tanımışıq.

Son dövrlər və əsas da son günlər Şah İsmayıl polemikası ortaya çıxdı və gözlənilməz qədər də ictimai şiddətli.

Bizim Quzey Azərbaycandakı Şahsevənlər isə, incimək olmasın, doğrusu, bu tarixi şəxsiyyəti elə aşırı qəribə davranış, izafi şitlik və aqressiv şəkildə “qoruma”, və üstəlik də onu “sevdirmə” canifəşanlığı yarışına qoşuldular ki, açığı belə ağını çıxartma varislik gedişatı artıq görünür ki, Şah İsmayıl əleyhinə işləyir cəmiyyətdə. Olmaz.

Bir-iki misal. Belə ziddiyyətli polemikalarda da əks-suallar ortaya çıxdı:

– Şah İsmayıl o vaxt öz ölkəsində yüz minlərlə günahsız sünni müsəlmanı qılıncdan keçirdib, qanını tökməklə onlara şiə məzhəbini qəbul etdirib. Şahsevənlər isə, bu qəddarlığı təkzibə çalışmaqdan yaxud, ölkə, cəmiyyət üçün bunu yumşaldıcı cavabla izah etməkdənsə, deyirlər: “Nə olsun, kişi dövlət qurub də!”.

Daha bir sual:

– Şah İsmayıl Çənubi Qafqaza yürüşlə Quzey Azərbaycan coğrafi ərazisinə hücum edib, yüz minlərlə Şirvanlı, Bakı, Şəki, Quba və s. türklərini qılıncdan keçirib, qanını tökməklə də onlara şiə məzəbini qəbul etdirib. Bu qəddarlığı da təkzib ya yumşaq izahlı yola verməkdənsə eyni cavab olur: “Nə olsun, kişi imperiya qurub də!”.

Onda, Putinin öz ölkə içində on minlər çeçenə divan tutub, sərt dövlət qurmasını, Gürcüstan, Ukraynada, erməni separatçıları əli ilə Qarabağ bölgəsində yüz minlərlə insan qanı axıtması və hələ neçə qonşuda da, bu cür, imperiya qurma planlarını niyə qınayırıq? Niyə: “Slava Ukrayinı!” deyirik? Onda, Putin haqqında da deyək ki, kişi dövlət qurur, kişi imperiya qurur də! Olurmı bu?

Və belə, qanlı-qadalı zülmləri görmüş Ukrayna, Gürcüstan, Azərbaycanın xalqına: “Putini sev!” təkidini etmək olarmı heç? Eynilə, Şirvan, Şəki, Bakı, Quba s. camaatına da, “Şah İsmayılı sev!” təkidini etmək olarmı heç? Qayıdıb nə deyərlər?

Şah İsmayılı dövlət, imperiya qurmuş kimi, ulu qəhrəman, sevimli şah hesab edən etsin, buna söz yox. Şah İsmayılı təhqir etmək də yanlışdır. Amma, Şahın zülmlər etdiyi camaatı o sevgiyə necə məcbur etdirmək olar ki? İndi, 15-ci qılınc, qoçuluq, məcburiyyətlə sevgi aşılma əsri deyil, nəzərə alın, hörmətli Şahsevənlər. Gəlin, hər nə olsa da belə, vicdanı itirməyək! Hamımız, canı, qanı bir həmvətənik, şahsevən və sevməyən də.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Laçında “LAÇIN” yazısının hər hərfinə 100 min manat xərclənəcək. Bir hərfə — 100 min manat

redaktor

Azərbaycanda iyulda illik inflyasiya 5,8 faiz olub, ərzaq 7,3 faiz bahalaşıb

admin

Yaşanmış insidentlə bağlı “Sabah” klubu bəyanat yayıb

admin