Hazırda Rusiya daxilində elə proseslər gedir ki, yaxın gələcəkdə bu postsovet ölkələri, eləcə də Rusiyada yaşayan miqrantlar üçün ciddi təhlükəyə çevriləcək.
Ölkəni idarə edən qruplaşma Ukraynaya qarşı işğalçı müharibədə dərin yaralar aldıqca olduqca aqressiv şəkildə cəmiyyətə qarşı yönəlir. Kin, qəzəb içində boğulan hakim zümrə bəşəri dəyərləri məhv edir, cəmiyyəti qarşıdurmaya, digər millətlərə qarşı düşmənçiliyə sürükləyir. Bu gün Rusiyada ancaq bir yol açıqdır: faşizm! Dövlət vətəndaşları ancaq bu murdar ideologiyanı dəstkləməyə yönlədir, lideral dəyərlərin kiçik izləri belə dərhal xüsusi qəddarlıqla silinir.
Dünən belə qərarlardan daha birinə imza atıldı:
Rusiya Ali Məhkəməsi faşist “Rodina” partiyasının iddiasını təmin edərək, müxalif “Yabloko” partiyasının Dövlət Dumasının seçkilərində iştirak edəcək federal siyahısının qeydiyyatını ləğv edib.
Məhkəmə prosesində Baş Prokurorluq və Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndələri də “Yabloko”nun seçkilərdən kənarlaşdırılması tələbini dəstəkləyiblər.
Diqqət edin, “Rodina” partiyası tərəfindən avqustun 7-də qaldırılan iddiada “Yabloko”ya qarşı hansı ittihamlar irəli sürülüb:
Təşviqat materiallarının seçki fondundan kənar maliyyələşdirilməsi;
Müəllif hüquqlarının pozulması (Dmitri Medvedev və digər şəxslərin fotolarından, həmçinin ChatGPT tərəfindən yaradılmış təsvirlərdən icazəsiz istifadə);
Ekstremizm ittihamı (partiyanın saytında LGBT-yə dəstək materiallarının yerləşdirilməsi);
Atəşkəs çağırışları vasitəsilə “Rusiya ərazilərinin azad edilməsindən imtina olunması” təbliğatı…
Bu partiyanın Dövlət Dumasına sentyabrın 18-20-də keçirləcək seçkilərə “Sülh və azadlıq üçün” şüarı qatılmağı planlaşdırırdı. Sülh və azadlıq! VCIOM-un iyul ayı üzrə sorğu göstəricilərinə görə, seçicilərin 18%-ə yaxını (təxminən 20,5 milyon nəfər) səsini bu partiyaya verməyə hazır idi.
Bu, avtoritar ölkələrdə tez-tez baş verən sistemdən kənar partiyaların seçkiyə buraxılmaması hadisəsi deyil. Bu, Kremldə əyləşən irticanın sülh və azadlıq şüarlarını tamamilə yasaqlamasıdır. Rusiya kimi nəhəng ölkənin bu yola sürüklənməsi bəşəriyyət üçün, xüsusən qonşu ölkələr üçün dəhşətli kabus deməkdir.
Tanrı qorusun!
