ABŞ senatının Rusiya iqtisadiyyatını dağıdacaq sanksiyaları böyük səs çoxluğu ilə qəbul etməsi bir daha göstərir ki, “şər yuvası” olan Moskva çevrəsində dairə sürətlə daralır. Əvvəllər ehtiyatlı mövqe tutan ölkələr də indi Ukraynaya açıq dəstək verirlər. Tramp və ABŞ hökumətinin də Kiyevə münasibətdə mövqeyini 180 dərəcə dəyişməsi neytral ölkələri ürəkləndirib.
Dünən Türkiyə Ukraynaya silah yardımı üçün ABŞ-a müraciət edib. Serbiya da ilk dəfə Ukraynanın energetika sektoruna miıyonlarla avro ayırıb. Azərbaycan XİN başçısı C.Bayramov müharibə dövründə ilk dəfə Kiyevə rəsmi səfər edib. Orta Asiyadan da V.Zelenskiyə dəstək var.
Rusiyanın özündə müharibə acılarını duyan əhali tədricən etiraz başlayıb. Bəzi oliqarxlar artıq narazllıqlarını gizlətmirlər. Çünki Moskva avtoritarizmi Stalin dövründəki kimi ideilogiyaya deyil, Putinin qurduğu korrupsiya-maliyyə sisteminə söykənir. Və bu sistemin maraqları zərər çəkdikcə, hakimiyyət bu maraqlarl qoruya bilmədikcə ondan (V.Putindən) narazılıq da artır. Son 10 gündə Putinin reytinqinin aşağı düşməsi də onu göstərir ki, hadisələr
Putinin hakimiyyətdən götürülməsinə doğru gedir.
Əlbəttə, bəzilərinin düşündüyü kimi bu, heç də asan məsələ deyildir, çünki Putin kimi diktatorlar xüsusən belə böhranlı vəziyyətlərdə özlərinin təhlükəsizliyini və kreslolarını qorumaq üçün çoxqatlı müdafiə sistemi qururlar. Görək Putin də bunu bacaracaqmı?!
