DünyaSiyasət

Hörmüz böhranı Asiyanın enerji xəritəsini dəyişir

Hörmüz boğazının işlədilməsiylə bağlı Iranla Oman arasındakı danışıqlar başa çatmaq üzrədir. İran tərəfi yekun nəticəyə yaxın olduqlarını bildirib. Ancaq iki ölkə arasında danışılqarın yekunlaşması hələ problemin həll demək deyil.

Hörmüz boğazından neft ixrac və idxal edən ölkələr alternativlər barədə düşünürlər. Çünki, bu dövlətlər hesab edirlər ki, Omanla İran arasında razılaşma müvəqqəti xarakter daşıya bilər və ABŞ-İran müharibəsi yenidən alovlanarsa, Tehran yenidən boğazı qapadacaq. Bu isə boğazdan neft və sıxılmış qazın daşınmasının yenidən durdurulması demək olacaq. Hörmüz boğazına alternativ marşrutlar da tam təhlükəsiz deyil. Bölgədə mövcud olan silahlı qruplar, o cümlədən onların əlində olan dronlarla alternativ marşrularla daşınan yanacağa da təhlükə yarada bilərlər. Tam təhlükəsizk marşrutların işə salınması üçün isə zaman və maliyyə resurslarına ehtiyac var. Hər halda Səudiyyə Ərəbistanı Qırmızı dənizə uzanan boru xətti ilə neft nəqlini 2 milyon barelə çatdırmağı planlaşdırır.

Hindistan da qərarını verib. Bu ölkə neft idxalının həcminə görə dünyada üçüncü sıradadır. Hindistan son iki ildə Rusiyadan neft alışnı artırmasına baxmayaraq, neftə olan tələbatının 40 fazini Hörmüz boğazı üzərindən əldə edirdi. Ancaq mövcud vəziyyət Hindistanı Hörmüz boğazı üzərindən neft idxalını azaltmağa məcbur edib. Hindistanın neftayrıma zavodları Hörmüz boğazından neft alışını başqa istiqamətlərlə əvəzləməyə başlayıblar. Böyük Britaniyanın “Peritus International” mühəndis şirkəti Hindistanın “South Asia Gas Enterprises” aldığı sifariş əsasında Birləşmiş Ərəb Əmirliklərindən başlanan və Ərəb dənizindən Hindistan sahillərinə qədər uzanan boru xəttinin tikintisini layihələndirir. Layihənin iqtisadi səmərələliyi hesablanacaq. Hindistan eyni zamanda neft və qaz yataqlarının kəşfiyyatına 9 milyard dollara yaxın vəsait xərcləməyi planlaşdırıb. Məqsəd enerji idxalından asılılığı azaltmaqdır. Hazırda ölkə xam neft istehlakının təxminən 90 faizini idxal etmək məcburiyyətindədir. Yeni proqram çərçivəsində hökumət şirkətlərə quyu qazma xərclərinin 50 faizinə qədərini geri ödəyəcək.

Yaponiya da Hindistanla oxşar vəziyyətdədir. Yaponiyanın xam neft ehtiyatları Hörmüz boğazında gərginlik fonunda ölkə tarixində ən böyük həcmdə azalıb. Yaponiya neft emalı zavodlarının fəaliyyətini davam etdirmək məqsədilə 100 milyon barel strateji neft ehtiyatını dövriyyəyə buraxmaq məcburiyyətində qalıb. Halbuki, Yaponiya neftinin 90 faizdən çoxunu Yaxın Şərqdən alırdı. Mövcud vəziyyətdə Yaponiya Yaxın Şərqdən neft tədarükündən asılılığını azaltmağa qərar verib. Yaponiya ABŞ-dan neft alışının həcmini artırıb. Yaponiya tarixində ilk dəfə may ayında Azərbaycan neftini də alıb və bu sahədə iki ölkə arasında əməkdaşlığın genişlənəcəyini proqnozlaşdırmaq olar.

Yaponiya eyni zamanda yanacaq böhranından əziyyət çəkən qonşularına da yardım əli uzatmağa qərar verib. Yaponiya Baş naziri Sanae Takaiçi Asiya liderləri ilə keçirilən onlayn görüşdən sonra ölkəsinin Asiyada enerji böhranının təsirlərini azaltmaq məqsədilə region ölkələrinə 10 milyard dollar maliyyə dəstəyi ayıracağını bildirib. Bu yardım Cənub-Şərqi Asiya ölkələrinin xam neft və digər enerji resurslarını təmin etməsinə yönələcək. Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, ayrılan vəsait ASEAN ölkələrinin bir illik xam neft idxalına bərabərdir. Misal üçün enerni böhranı Filippini fövqəladə vəziyyət elana məcbur edib.

 

Elxan Şahinoğlu

Tacxeber.com

Oxşar xəbərlər

Allah istəsəydi, bizi başqa cür də yarada bilərdi…

redaktor

Ayda olmuş qol saatı

admin

Putini devirə bilərlərmi?!

redaktor