23 C
Bakı
25 Sentyabr 2026 22:42
DünyaSiyasət

İran terror rejiminin təhdidkar siyasəti

Tehran Türkiyə və Pakistana meydan oxudu: “Amerikanın nökərləri sizi xilas edə bilməz!”

İran rejiminin Tehran parlamentindəki deputatı Mahmud Nəbəvian Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan müdafiə razılaşmasına sərt reaksiya verib.

Nəbəvian Səudiyyə Ərəbistanının Türkiyə və Pakistanla təhlükəsizlik əməkdaşlığını hədəfə alaraq bu ölkələrin ABŞ-la əlaqələrini “Amerikanın nökərlərinə” bağlanmaq kimi qiymətləndirib.

İran mediasında yayılan açıqlamasında Nəbəvian Səudiyyə Ərəbistanına xəbərdarlıq edərək deyib:

“Amerikanın bazaları Səudiyyə Ərəbistanını xilas edə bilmədiyi kimi, səudiyyəlilər bilməlidirlər ki, Amerikanın nökərlərinə sığınmaq da onları xilas etməyəcək.”

Tehran parlamentindəki deputatın bu ifadələri Türkiyə və Pakistanla bağlı İran rejiminin mövqeyinin sərtliyini ortaya qoyub. Nəbəvianın sözləri eyni zamanda Səudiyyə Ərəbistanının regional təhlükəsizlik siyasətinə açıq təhdid xarakterli mesaj kimi qiymətləndirilir.

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi İran rejimində xüsusilə mühafizəkar çevrələrin kəskin narazılığına səbəb olub.

Nəbəvianın açıqlaması göstərir ki, Tehran rejimi Körfəz ölkələrinin Türkiyə, Pakistan və digər regional dövlətlərlə təhlükəsizlik əməkdaşlığının genişlənməsini iranın regional terror təhdidinə ciddi maneə kimi görür.

 

Sadiq İsabəyli

Tacxeber.com

Oxşar xəbərlər

Qazaxstanda bu gün matəm elan edilib

redaktor

Suriya yeni və daha təhlükəli bir böhranın astanasındadır

redaktor

Gürcüstan-Rusiya sərhədi bağlandı – Nə baş verir?

redaktor