31.6 C
Bakı
07 Avqust 2026 18:17
Tarix

Nuru Paşa ilə Özdəmiroğlu Osman Paşanı müqayisə etmək olar?

Sosial Mediada Azərbaycan Cümhuriyyətinin qurucularından biri olan M.Ə.Rəsulzadənin təhrif edilmiş fikri yayılır. Guya Rəsulzadə Nuru paşa ilə görüşdə belə bir ifadə işlədib ki, “Türklərin Bakını ikinci səfər xilas etməsi və Səfəvilərdən geri alması”.

Əzizlərim Rəsulzadənin sözlərini niyə təhrif edirsiniz? Orda Rəsulzadə Səfəvi adı çəkib ? Axı o cümlə belədir:

“Türklər Bakıda ilk dəfə dey ildirlər. Böylə bir vəziyyəti‐siyasiyyəni Bakı bundan 350 sənə əvvəl dəxi keçirmişdir. O vaxt Özdəmiroğlu Osman paşa bir miqdar əsgərlə bu tərəflərə gəlmiş, Şamaxı, Quba, Dərbənd və Bakını almışdı”
MƏNBƏ: “Azərbaycan qəzeti” 1918-ci il, 14 noyabr. XXXIX nömrəsi
https://azerbaijan-news.az/storage/documents/pdf/39pdf_1729246626.pdf

İşğalçı Özdəmiroğlu Osman Paşa ilə xilaskar Nuru paşanı bir tutmaq ən azından tarixə xəyanətdir. Nuru Paşa Bakını erməni-rus işğalçılardan xilas edib, Özdəmiroğlu kimi kimlərdən xilas edib ?

III Murad dönəmində 28 iyul 1584 – 29 oktyabr 1585 tarixlərində ümumilikdə 1 il 3 ay Osmanlı imperiyasının sədrəzəmi olan Özdəmiroğlu Osman Paşa Bakıya xilas məqsədi ilə gəlməyib. Onun burada törətdiyi qətliamlar və əhalinin malına-mülkünə, ərzaqlarına sahib çıxması barədə kifayət qədər mənbələr var.

Bakı həmin dövrdə Səfəvilər dövlətinin Şirvan bəylərbəyliyinin tərkibində idi. 1578-ci ildə Osmanlı qoşunları Şirvan bölgəsinə yürüş edərək Bakını və ətraf əraziləri Osmanlı imperiyasının tərkibinə qatmaqla kifayətlənmədi.

Səfəvilərə sadiq qalan yerli əhali və qızılbaş tayfalarına qarşı kütləvi cəza tədbirləri həyata keçirildi, yüzlərlə qızılbaş əsgəri və tərəfdarı amansızlıqla qətlə yetirildi.

Məhz onun amansızlığı sayəsində Bakı və ətraf kəndlər ciddi zərər gördü. Qoşunun təchizatını təmin etmək məqsədilə yerli əhalinin ərzaq və mülkiyyəti müsadirə olundu, bir çox yaşayış məntəqələri qarət edildi. Səfəvilər tərəfində duran və ya itaət etməyən minlərlə yerli sakin əsir götürüldü və onlar ya satıldı, ya da qul kimi aparıldı.

Osman Paşanın ordunun təchizatı üçün yerli əhaliyə ağır təkliflər qoyub, müqavimət göstərən yerli idarəçilərin başlarının kəsilərək İstanbul-a göndərib və etiraz edən hər kəsin əmlakları müsadirə olunub.

Qızılbaş qoşunlarına kömək etməkdə şübhəli bilinən kənd və yaşayış məntəqələri yandırılmış, sakinlər qətlə yetirilmiş və ya sürgün olunmuşdur. Şirvan cəbhəsində baş verən toqquşmalarda əsir alınan qızılbaşları işgəncə ilə edam edib..

Avropa qaynaqlarında, hətta Osmanlı mənbələri belə yazır ki, Osman Paşanın işğalının bir neçə günü ərzində Təbrizdə minlərlə qadınlar, uşaqlar və yaşlılar daxil olmaqla Azərbaycan türkləri qətlə yetirilmiş, yüzlərlə ev viran edilmiş, çoxlu sayda insan əsir götürülərək qul kimi satılmışdır. Təbrizin tarixi tikililəri, bazar və yaşayış məhəllələri böyük zərər görmüş, şəhər uzun müddət öz əvvəlki əzəmətini bərpa edə bilməmişdir.

Daha geniş törətdikləri qətilam barəsində yazardım. Ancaq bu kifayət edər ümumi təsəvvür yaratmağa.

Bunu təsdiq edən mənbələr:
Christopher Burrough: “The voyage of M. Christopher Burrough into Persia, in the yeere 1579”
https://ia601906.us.archive.org/18/items/earlyvoyagestrav01morguoft/earlyvoyagestrav01morguoft.pdf
Künhü’l-Ahbâr 4. Rükün Gelibolulu Mustafa Âlî 4. Cilt
https://ekitap.yek.gov.tr/Uploads/ProductsFiles/2c03567f-6ede-4789-83a6-1c51ad8410d2.pdf
Ottoman Safavid History Collection
https://archive.org/stream/merrywiesnerhankspatriciabuckleyebreyrogerbeckjerrydavilaclarecrowstonjohnp.mckayahistoryofworlds/Merry%20Wiesner-Hanks%20%26%20Patricia%20Buckley%20Ebrey%20%26%20Roger%20Beck%20%26%20Jerry%20Davila%20%26%20Clare%20Crowston%20%26%20John%20P.%20McKay%20-%20A%20History%20of%20World%20S_djvu.txt

Nuru Paşa Azərbaycan türklərinin soyqırımına məruz qaldığı, dövlətçiliyinin məhv olmaq təhlükəsində olduğu bir anda köməyə gələn və Bakını azad edən xilaskar sərkərdədir. Onunla kimsə müqayisə edilə bilməz..

Özdəmiroğlu Osman Paşa isə qətliamlar törədən, digər məhzəbdən olan türklərin başını kəsən, evləri yandıran, əhalinin əlindən çörəyini alan bir işğalçıdır. Ona görə müqayisə edəndə NURU PAŞANI xilaskarla edin, işğalçı ilə yox.

Prof.Dr.Zaur Aliyev

Tacxeber.com

Oxşar xəbərlər

Şah İsmayıla atılan böhtan, 1946-cı ildə Şirvanşahlar sarayında aparılan arxeoloji qazıntıların HESABAT KİTABLARI

redaktor

Ərbəin yürüşü: 1400 ildən sonra da milyonları bir araya gətirən tarix

redaktor

30 iyul 762-ci il, ikinci Abbasi xəlifəsi Mənsurun göstərişi ilə Bağdad şəhərinin əsası qoyulur

admin