25 C
Bakı
10 Sentyabr 2026 17:27
CəmiyyətSiyasət

Həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun işi üzrə apelyasiya məhkəməsi başlayıb

Hüquq müdafiəçisi Zəfər Əhmədovun “Basta”ya verdiyi məlumata görə, bu gün keçirilən hazırlıq iclasında Rüfət Sefərov həbsinin siyasi motivli olduğunu dəlillərlə əsaslandırmaq istəyib.

Lakin hakim Habil Məmmədov “bu çıxışı sonrakı mərhələdə edərsən” deyərək hüquq müdafiəçisinin sözünü kəsib.

Vəkillər Rüfət Səfərovun ev dustaqlığına buraxılması və işin qismən istintaqla aparılması barədə vəsatət veriblər. Vəsatət təmin edilməyib və işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.

Baxış iclası 20 avqust saat 15:00-a təyin edilib.

Rüfət Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib.

O, 2024-cü il dekabrın 3-də ABŞ Dövlət Departamentinin dəvəti ilə Vaşinqtona rəsmi səfər etmək üçün viza aldığı gün saxlanılıb.

Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Hüquq mudafiə təşkilatları bu ittihamları əsassız sayır, Rüfət Səfərovun siyasi sifarişlə həbs olunduğunu bildirir.

 

Mustafa Hacıbəyli

Tacxeber.com

Oxşar xəbərlər

“Adın şərəflidir sənin, ey qadın…” — bəs niyə pensiyan 65 yaşında?

redaktor

Hakan Fidan istefaya göndəriləcək?

redaktor

Vilyam Hacıyevin hərracda satılan avtomobillərini öz oğlu alıbmış…

redaktor