NVIDIA və Firebird Aİ texnologiya şirkətləri ilə bağlanmış 10 milyard dollarlıq müqavilələr Qazaxıstanın Avrasiyanın rəqəmsal və hesablama mərkəzinə (data center) çevrilməsinə mühüm rol oynayacaq. NVIDIA və Firebird Aİ texnologiya şirkətləri ilə həyata keçiriləcək layihə rəsmi Astananın Qazaxıstanın şimal-şərqində “Məlumat Mərkəzi Vadisi” layihəsinin bir hissəsidir. Layihə çərçivəsində NVIDA-nın qabaqcıl, o cümlədən GB300 və Vera Rubin də daxil olmaqla 100 000 (yüz min) çipinə əsaslanan bir klaster qurulması nəzərdə tutur. 125 MVt gücündə məlumat mərkəzinin kommersiya istismarı 2027-ci ilə planlaşdırılır.
Mütəxəsislər bilir və bilməyənlər üçün qeyd edim ki, kiçik mərkəzlər 1-5 MVt, böyüklər isə 50-dən yuxarı, bəzən yüzlərlə MVt –la ölçülür. Göründüyü kimi NVIDIA və Firebird Aİ texnologiya şirkətləri ilə əməkdaşlıq çərçivəsində inşa etdiyi Məlumat Mərkəzi 125 MVt gücündə olacaq ki, bu da onun miqyasının kifayət qədər nəhəng olacağını göstərir. Bütövlükdə isə NVIDIA və Firebird Aİ texnologiya şirkətləri ilə əməkdaşlıq çərçivəsində inşa edilən 125 MVt gücündə Məlumat Mərkəzi Ekibastuz şəhərində həyata keçirilən 1 GVt-lıq “Məlumat Mərkəzi Vadisi”nin bir hissəsi olacaq.
Klastrın NVIDA-nın qabaqcıl, o cümlədən GB300 və Vera Rubin də daxil olmaqla 100 000 (yüz min) çipinin əsasında qurulmasını rəsmi Astananın təhlükəsizliyi iqtisadi qənaətdən önə çəkdiyini göstərir. Firebird AI şirkəti maliyyənin cəlb edilməsi və çiplərin təchizatı üçün məsuliyyət daşıyacaq. Bu Firebird AI-nin postsovet məkanında Ermənistandan sonra həyata keçirdiyi ikinci layihəsidir.
İki mərhələdə həyata keçiriləcək layihənin birinci mərhələsi 5 milyard dollarlıq investisiyanı əhatə edəcək ki, bunun 1 milyard dollarını “Kazakhtelecom” verəcək.
NVIDIA və Firebird Aİ texnologiya şirkətləri 10 milyard dollarlıq əməkdaşlıq layihəsi Qazaxıstanın Avrasiyanın əsas rəqəmsal və hesablama mərkəzinə (data center) çevrilmək istiqamətində nə ilk, nə də son addımıdır. Prezident Kasım-Jomart Tokayevin Şanxaya səfəri zamanı Çinin aparıcı texnologiya şirkətləri ilə 15 milyard dollardan çox dəyərində 70-dən çox müqavilə imzalanıb.
Qazaxıstanın Avrasiyanın əsas rəqəmsal və hesablama mərkəzinə çevrilməsi ideyası yalnız “Məlumat Mərkəzi Vadisi”nin inşaasından ibarət deyil. Qazaxıstan Nazirlər Kabineti dövlət sektorunun süni intellektin dövlət idarəçiliyinin əsasını və bizneslə qarşılıqlı əlaqələrini təmin eddəcək AI-First rəqəmsal arxitekturasına keçdiyini təsdiqləyib. Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinin qərarı sənaye və energetikadan səhiyyə və təhsilə qədər 72 sektoru əhatə edir. Bu addım həmçinin 20 rəqəmsal transformasiya xəritəsi ilə dəstəklənir. Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinin məlumatına görə, səhiyyədə tətbiq olunan Cerebra Aİ erkən insult diaqnozu sistemi tətbiq olunduğu bölgələrdə ölüm hallarını 40 fazi azaldıb.
Bütün bunlar Qazaxıstanın sürətli texnoloji yüksəlişini təmin edəcək layihələrlə bağlı kiçik bir məlumatlardır. Qazaxıstanın bu uğurlarını qeyd etməkdə məqsədim duyğusal soydaşlarımızın ağıl, məntiqlə düşünməsinə yardım etməkdir. Çünki, mütəxəssisilərə görə ilk ilini yaşadığımız qarşıdakı on il (2026-2035-ci illər) iyirmi birinci yüzilliyin, bəlkə də üçüncü minilliyin aqibətini müəyyən edəcək. İçərisndə olduğumuz on illiyi dəyərləndirməyən xalqlar iyirmi birinci yüzillikdə, bəlkə də üçüncü minillikdə inkişaf edən, rifah cəmiyyəti yaradacaq iqtisadiyyata sahib ola bilməyəcəklər.
