Gündəmİqtisadiyyat

Yalanın üstü açıldı!

DSK bu ilin yanvar-iyun aylarında 1217,4 milyon ədəd yumurta istehsalı edildiyini və bunun əvvəlki ilin 6 ayın göstəricisi ilə eyni səviyyədə qaldığını qeyd edib.

Xatırladım ki, DSK 2026-cı ilin yanvar-mart aylarında ölkədə 567,0 milyon ədəd yumurta istehsal edildiyini və bunun 2025-ci ilin müvafiq dövrünə nisbətən 2,8 faiz azaldığını qeyd etmişdi. Məsələyə münasibət bildirən Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri M. Həsənli demişdi: “Dövlət Statistika Komitəsinin məlumatı bizi də təəccübləndirib. Yəqin ki, biz bununla bağlı komitə nümayəndələri ilə müzakirə aparacağıq. Bizdə istehsal qətiyyən azalmayıb”.

Bilirik, kim düz, kim yalan danışır.
Onu da xatırladaım ki, bu ilin iyun ayının 19-da marketlərdə 9-17 qəpiyə təklif edilən 1 ədəd yumurtanın qiyməti 3-4 qəpiyə, bəzi marketlərdə isə 1 qəpiyədək ucuzlaşmışdı. İqtisadi əsas olmadan maya dəyərindən dəfələrlə aşağı qiymətə yumurtanın satışa çıxarılması bir çox suallar yaratdı. Məsələyə münasibət bildirən Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri M. Həsənli mətbuata məntiqə uyğun olmayan açıqlama vermişdi. O, demişdi: “Yumurtanın qiymətinin bir qəpiyə düşməsi mövsümi amillər, istehsalın artması, ixracatın azalması, məktəblərin bağlanması ilə bağlı idi. Ən əsası isə bu, reklam kampaniyası xarakteri daşıyırdı. Məqsəd ölkə əhalisi arasında yumurta istehlakının artırılmasına nail olmaq idi”.

Hansına inanaq- mövsümi amillərə, istehsalın artmasına, ixracatın azalmasına, məktəblərin bağlanmasına, yoxsa, reklam kampaniyası xarakteri daşımasına?
M. Həsənlinin yalanının üstünü Statistika komitəsi açdı: İstehsal artmayıb!

Yumurta 1qəpik olduqdan bir gün sonra marketlərdə yumurta yoxa çıxır… Sonrakı günlərdə isə saytlar yazırdılar ki, marketlərdə nəinki 1 qəpiyə, hətta 4-5 qəpiyə də yumurta tapmaq mümkün deyil. Əvəzində əksər marketlərdə qablaşdırılmış yumurtanın 10 ədədi 2 manata yaxın qiymətə satılır ki, bu də uculaşmadan əvvəlki qiymətdən (16-17 qəpik) də baha idi.
Yumurtanın qiymətini 1 qəpiyə salmaq və sonra daha baha qiymətə satışa çıxarmaqda məqsəd nə olub? Bu sual hələ də cavabsız qalıb. Hesab edirəm ki, müvafiq dövlət orqanları bu məsələni dərindən araşdırmalı və ictimaiyyəti məlumatlandırmalıdır.

 

Vahid Məhərrəmli Qınıq

Tacxeber.com

Oxşar xəbərlər

Metro bağlanır, niyə əvəzedici avtobus pulsuz deyil?

redaktor

Qazaxıstan Türk dünyasının iqtisadi lokomotivinə çevrilir

redaktor

İndiki İran Dövləti Səfəvilik varisidir?

redaktor