28.2 C
Bakı
02 Avqust 2026 21:15
DünyaSiyasət

Niyə Mərakeş gəncləri ölkəni tərk etmək istəyir?

Dünyanın ən qədim Universitetinin olduğu, ərəb ölkələri içərisində Mudavana- qadına daha çox azadlıq verən qanun olmasına baxmayaraq, turizm ölkəsi kimi gəlir gətirən ölkə kimi ilk yerlər tutmasına baxmayaraq, dünyanın nəhəng şirkətlərinin burada olmasından asılı olmayaraq ölkə xöşbəxtlik meyarına görə 147 ölkə arasında 112-ci yerdə qərarlaşıb. Bu, əhalinin ümumi subyektiv xoşbəxtlik səviyyəsinin aşağı olduğunu göstərir.

Bilirsiniz nəyə görə ?  Hansı vəzifədə, hansı yaşda, hansı nəsildən və hansı statusdan asılı olmayaraq hər kəs kral və oğlu qarşısında ikiqat əyilməyə və əllərini, çiyinlərini öpməyə məcburdular.

Mərakeş idarəçilik sistemində “Bəyət” ənənəsinin olması artıq orda yaşayan gənc nəsli daha bezdirib və onlar hesab edirlər ki, insan  ləyaqətini alçaldan və feodal dövrdən qalma bir məcburi davranış davam etdikcə orda yaşamaq daha da çətinləşir.

XXI əsr, süni intellekt, başqa planetlərdə yaşam axtarıldığı və dünya texnologiyaların inkişafına şahidlik etdiyi bir dövrdə insanların baş əyməsi, əl öpməsinə etiraz etməsinə baxmayaraq cəzalanmaları gənclərin artıq Bəsdir ! Deməsinə şərait yaradır.

Buna görə də gənclər,  vətəndaşın dövlət qarşısında qul deyil, bərabərhüquqlu fərd olduğu cəmiyyətlərdə yaşamaq istəyirlər. Ona gərə Avropa və Amerika ölkələrini seçirlər. Çünki qərbdə sistemə və elitaya nə dərəcədə sadiq  yox, peşəkar və azad insan olmaq olur.

Ona görə ərəb ölkələrin, xüsusilə də Mərakeşdən qaçmaq istəyən insanları başa düşmək lazımdı. Quldarlıq dövrü, feodlizm zamanı keçmişdə qaldı!! İnsanlar azad olmaq istəyirlər.

Bu cürə dövlətlər filosof Spinozanın bu sözünü unutmasınlar

“Dövlətin son məqsədi hökmranlıq etmək və ya insanları qorxu altında saxlamaq deyil; əksinə, hər bir insanı qorxudan azad etmək, onun təhlükəsiz yaşamasını və düşünməsinə mane olmamaqdır.”

 

Zaur Aliyev

Tacxeber.com

Oxşar xəbərlər

Paşinyan yenidən Ermənistanın Baş naziri təyin edildi – Fərman imzalanıb

redaktor

Seuta hadisələri: sərhəd təhlükəsizliyi niyə vacibdir?

redaktor

Azorian layihəsi

admin