DünyaSiyasət

Seuta böhranı: İspaniyanın miqrasiya siyasəti iflasa uğrayır

3 gündür dünya mətbuatı İspaniyanın Seuta və Melilya şəhərlərinə qeyri-leqal miqrant (QLM) axınından yazır. Bu məsələni İsrailin və ya ABŞ-ın İspaniyanı cəzalandırması kimi yozanlar da var.

Mən hadisəni necə başa düşdüyüm barədə yazacam.

Əvvəl Seuta və Melilya şəhərlərinin coğrafi mövqeyinə baxaq. Xəritədə gördüyünüz kimi, hər iki şəhər Avropada yox, Afrikada yerləşir. Bu şəhərlər İspaniyanın Mərakeşdə yerləşəm eksklavlarıdır. Seutanın sahəsi 18,5 km², Melilyanın – 12,3 km²-dir. Mərakeş Seuta və Melilyaya öz ərazisi kimi iddia edir, İspaniya isə müstəmləkə dövründən bəri onları əlində saxlayır və Mərakeşin iddialarnı rədd edir. Afrika ilə Aİ arasında yeganə quru sərhədləri məhz bu eksklavlardan keçir. Onlar Afrikadan Avropaya qanunsuz miqrant axınının miqrasiya yollarından biridir.

29 iyuladək Seutaya su və quru yolları ilə 1500-dən çox QLM gəlmişdi. O vaxt şəhər hakimiyyəti humanitar və sosial fövqəladə vəziyyət elan etmiş və Madriddən kömək istəmişdi. 30 iyulda isə şəhərə 50.000-dən çox (!) QLM daxil olub və yollarındakı hər şeyi məhv edib. “Allahu Əkbər” sədaları küçələri bürüyüb.

Qəbul mərkəzləri təxminən 2400% doludur (!), QLM-lər küçələrdə yatırlar, bu da şəhərləri müvəqqəti qaçqın düşərgələrinə çevirib.

Sərhədi keçməyə cəhd edərkən 43 nəfər ölüb, son aylarda isə təxminən 60 nəfər anklava girməyə çalışarkən ölüb.

İspaniya Seuta şəhərinə 60 əsgər və 200 xüsusi polis bölümü nümayəndəsi yerləşdirib, lakin hüquq-mühafizə orqanları insanların kütləvi axınının öhdəsindən gələ bilmir və axın davam edir.

Madrid və Rabat QLM-lərin geri qayıtmasını sürətləndirmək barədə razılığa gəliblər və guya onların təxminən yarısını artıq Mərakeşə qaytarılıb.

Madridin QLM məsələsində mövqeyi necədir?

İspaniya hökuməti tipik qlobalist ideologiyasını həyata keçirir. Bu ölkədə Afrikadan və Asiyadan Avropaya qanunsuz miqrasiyaya qarşı, demək olar ki, heç bir tədbir görülmür. Əksinə, İspaniya QLM-lər üçün əlverişli şərait yaradır. Ölkə ərazisinə daxil olmuş QLM, demək olar ki, deportasiya olunmur – deporatsiya prosedurları o qədər mürəkkəbdir ki, bəzən illərlə uzana bilir. QLM leqallaşma və ya sığınacaq proqramlarına müraciət edibsə, onun ərizəsinə baxıldığı müddətdə barəsindəki bütün deportasiya işləri avtomatik olaraq dondurulur. Yekun qərar verilənədək QLM ölkədə təhlükəsiz qala bilir.

İspaniyada QLM yerli bələdiyyədə yaşadığı ünvan üzrə qeydiyyata düşə bilər. Bu qeydiyyat polisə ötürülmür. Qeydiyyatı olan QLM:
Rəsmi işi və sənədi olmasa belə, İspaniyanın ictimai səhiyyə sistemindən tam pulsuz istifadə edə bilir;
Uşaqlarının statusundan asılı olmayaraq, tamamilə pulsuz və icbari şəkildə məktəblərdə təhsil almaq hüququ qazanır.

Avropaya qanunsuz miqrasiya axını təşkil edənlər, əsasən, ABŞ-ın qlobalist təşkilatlarıdır. Onlar arasında ən fəalları (çox pul xərcləyənləri) USAID (artıq ləğv olunub) və Soros Fondunun yaratdığı müxtəlif təşkilatlardır. Bu məsələni Taker Karlson podkastlarından birində detallı araşdırmışdı. Güman ki, Soros Fondu İspaniya hökumətində müvafiq rəsmilərin də “əllərini sıxıb”.

Bu ilin aprelində İspaniya Fövqəladə Amnistiya və Leqallaşma Proqramı qəbul edib. Onun sayəsində təxminən 500 min QLM hüquqi status (yaşayış və iş icazəsi) qazana bilər. Bunun üçün QLM-in aşağıdakı şərtlərə uyğun olması kifayətdir:
2026-cı il yanvarın 1-dən əvvəl İspaniya ərazisinə daxil olmaq;
ölkədə ən azı 5 ay fasiləsiz yaşamaq;
cinayət qeydinin və ictimai asayişə hər hansı təhlükənin olmaması.

Böyüklərə 1 illik yenilənə bilən yaşayış icazəsi verildiyi halda, azyaşlı uşaqlara birbaşa 5 illik yaşayış icazəsi təqdim olunur.

Bəs niyə QLM axını birdən çoxaldı?

İspaniya Ali Məhkəməsinin 29 iyun tarixli qərarına əsasən, ölkə ərazisinə və ya sahillərinə (məsələn, Seuta anklavına) sərhəd çəpərləri kimi fiziki maneələrdən keçmədən daxil olan QLM-in fərdi vəziyyəti araşdırılmadan dərhal geri qaytarılması, sadələşdirilmiş prosedurla deportasiya edilməsi (hot return) qadağandır. Hər bir şəxsə hüquqi yardım və humanitar dəstək göstərilməlidir. Məhkəmə dronları, videokameraları, termal görüntüləmə kameralarını və sensorları bu cür maneələr kimi qəbul etmir. Qərar 8 iyulda ictimaiyyətə açıqlandı.

Bundan sonra qanunsuz miqrasiyanı təşkil edən təşkilatlar 30 iyuladək İspaniya hökumətinin reaksiyasını test etdilər. Məhkəmə qərarının işlədiyini görəndən sonra kütləvi axını təşkil etdilər.

Lakin miqrantların çoxu İspaniyadan tranzit ölkə kimi istifadə edərək, digər Avropa ölkələrinə gedirlər, çünki bəzi ölkələrdə QLM-lərə İspaniyadan da yaxşı güzəştlər təklif olunur.

2015-ci ildə Aİ ölkələri milyonlarla QLM-i məmnuniyyətlə qəbul edirdilər. Lakin artıq iqtisadi vəziyyətləri pisləşmiş bəzi Avropa ölkələri əlavə miqrant qəbul etmək istəmirlər.

İtaliya Baş naziri Ciorcia Meloni “nəzarətsiz qanunsuz immiqrasiyanın Avropa sərhədlərinin təhlükəsizliyinə konkret təhdid yaratdığını” və buna görə də “sərhədlərin və vətəndaşların təhlükəsizliyinin qorunması üçün əlavə tədbirlər həyata keçirməyə” (yəni İspaniya ilə sərhədləri bağlamağa) hazır olduğunu bildirdi. Cavab olaraq İspaniya XİN İtaliya səfirini çağırdı.

Meloni İspaniya ilə Şengen sazişini dayandırdı, dəniz və hava sərhədlərini bağladı.

Çexiyanın baş naziri Andrey Babiş və Finlandiyanın daxili işlər naziri Mari Rantanen Melonini dəstəkləyərək bildirdilər ki, İspaniya Şengen zonasının xarici sərhədlərini qorumaqda tamamilə uğursuzluğa uğrayıb və Şengen zonasınınn üzvü ola bilməz.

Makron İspaniya ilə sərhəddə qoşun və texnika yerləşdirdi.

Elon Musk istehza ilə bildirdi ki, “əgər İspaniya miqrantlara dəyəri Yer kürəsindəki yaşayış səviyyəsinin 90%-ni aşan həddə pulsuz xidmətlər təklif edirsə, bu Yer əhalisinin 90%-ni, yəni təxminən 7 milyard insanı İspaniyaya köçməyə məcbur edir!” və zombi işğalını əks etdirən filmdən bir kadr paylaşdı.

İspaniyanın Baş naziri Pedro Sançes 31 iyulda Seuta şəhərinə getdi. Yerli sakinlər onu etirazlarla, “Siz bizi satdınız!” qışqırıqları və istefa tələbləri ilə qarşıladılar.

Hələlik miqrant axınının azalacağını gözləmirəm…

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski: 27 ballistik raketdən yalnız biri vurulub

redaktor

Müharibə torpaq, enerji resursları ilə bərabər, milli kimlik uğrunda gedir

redaktor

Seuta böhranının arxasında duran geosiyasi oyun

redaktor