Cəmiyyət

Kim məşhurdursa, onun azadlığı?

Kiminsə həbsdə olmasına sevinmirəm, sevinə də bilmərəm. Günahsız insanların həbsi, ümumiyyətlə, qəbuledilməzdir. Azərbaycan xalqı — adı Arzu idi, nə idi bilmirəm, günahı vardı, yox idi, heç onu da bilmirəm — əlbir olub onu müdafiə etdi. Hətta onun ev dustaqlığına buraxılmasını qələbə kimi qeyd etdilər. İndi də başqa bir tiktoker həbs olunub, əlbirliklə onun müdafiəsinə qalxıblar. Qazi imiş. Bir o qədər qazi intihar elədi, heç bu qədər səs çıxmadı. Gözəl addımdır, xalq sevdiyini müdafiə edir.

Di gəl ki, jurnalist Cəmil Məmmədli həbs ediləndə bir neçə dostundan başqa heç kimin səsi çıxmadı. O Cəmil idi ki, evi şimal bölgəsinə üz tutan jurnalistlərin düşərgəsi olurdu, kimin problemi vardısa, onun işıqlandırılmasında əlindən gələni edirdi. Aynur Elgünəş həbsdədir. Tanıyanlar yaxşı bilir necə peşəkar jurnalist idi. Fərqi yoxdur e, hansı cəbhədə idi. Şəmşad Ağa həbsdədir. Şəmşadın əlindən tutub klaviaturada yazmağı öyrətdikləri belə ona dəstək olmadı. Kim idisə yazmışdı ki, Şəmşad Ağa dövlət çevirəcəkmiş. Dedim, bala, Şəmşad sağ ayağını sol ayağının üstünə güclə aşıran adamdır, ondan dövlət çevirən olardı?

Dünən bir neçə nəfərə cəza oxundu. Düzdür, iddia etmirəm, hamısı ideal insan, ideal şəxsdir — aralarında mübahisə etdiklərim də olub. Ancaq onların həbsinə reaksiyanı da yalnız müəyyən şəxslər verdi. Bütün tiktokerlər birləşsə, Ələsgər Məmmədlinin bu cəmiyyətə, bu dövlətə verə biləcəyi faydanın heç 5 faizini verə bilməz.

Bayaq bir nəfərin yazısını atıblar mənə, soruşurlar ki, bu kimdir? Haqdan, ədalətdən, düzlükdən dəm vurur. Adam cəbhədə olanda mətbuata cəbhənin içindən məlumat ötürürdü. Uşaqlar telefonda adına “axx suka” yazmışdılar. İndi dövlətqədrini bilən olub. Xalq ola bilməz, çünki fahişə ətrafındakıları fahişə kimi görmək istəyər, suka da suka kimi.

Yaxşı edirsiniz, bəlkə də düz edirsiniz. Onsuz da fərqli bir şey də gözləməyə dəyməz…

 

Səxavət Məmməd

Tacxeber.com

Oxşar xəbərlər

“Həkimdən MRT istəyimə cavab: ‘Xoruz banlamırdı, səhər açılmırdı?’”

admin

Üzeyir Abas saxlanıldı

redaktor

Həbsxanada jurnalistin səhhəti çox ağırlaşıb

redaktor