Bu gün Ukraynanın Prezidenti V. Zelenskiy ABŞ-a gəlib, artıq prezident Trampla görüşüb.
Donald Tramp və Vladimir Zelenskinin Ağ Ev görüşü təxminən bir saat davam edib. Onlar Ukraynada Patriot raket tutucuları istehsalını müzakirə ediblər. Donald Tramp və Vladimir Zelenski arasında görüş qapalı qapılar arxası mətbuat olmadan, bir saata yaxın davam edib.
.
Bildirilir ki, Ukrayna və Amerika rəsmilərinin Ukrayna-Rusiya arası hava atəşkəsi məsələsi müzakirə edilib. Həmçinin ABŞ-Ukrayna arası
diplomatiik əlavə intensivliyi müzakirə edilib.
Zelenski həmçinin vəfat edən ABŞ senatoru Graham üçün Trampa başsağlığı verib, anım mərasimində özü iştirak etməyi planlaşdırır. Bundan əlavə, bütün (100) senatorlar Ukrayna prezidenti ilə danışıqlara dəvət olunub. Görüş Konqresin Rusiyaya qarşı çox ağır sanksiyalar tətbiq edən qanun layihəsini nəzərdən keçirdiyi bir vaxtda baş tutacaq. Nəzərdə tutulur ki, ağır sanksiyalar təzyiqi Putini işğaldan çəkindirər.
Yekun, nə demək olar, bu vacib görüş haqda?
Zelenskiy ABŞ-da ən yüksək halda qarşılanıb. Əvvəllər, Zelenskiyə: sənin kartın, real qüvvən yoxdur, torpağı verməlisən deyən Tramp, indi Ukrayna ordusu irəliləyən və Avropa da arxa duran vaxt deyir, Ukraynaya Patriot raketlərini, digər vacib strateji silahlar verək. Putinə deyir, mən Ukraynadan zorla ərazi alıb da sənə verə bilmərəm, ala da bilmirsən, sülh yoluna gəl. Və Rusiyaya qarşı şiddətli sanksiyalar hazırlanır.
Vəziyyət son bir ildə tam, 180 dərəcə dəyişib Ukraynanın çətin günləri keçibdir Rusiyaya və Rusiyanın hücum günləri keçibdir Ukraynaya. İndi artıq Moskva özü yollar axtarır sülh üçün. Gedişat: Rusiya bu işğalda mütləq məğlubdur.
