22 C
Bakı
10 Sentyabr 2026 10:40
DünyaSiyasət

Tramp 3-cü dəfə prezident ola bilərmi? ABŞ Konstitusiyası nə deyir?

Tramp sensasiyalı bəyanat verib. O deyib ki, 3-cü müddət prezident olmaq fikrindədir. Bəs ABŞ Konstitusiyası buna imkan verirmi?

Tramp 3-cü dəfə prezident seçilə/ola bilərmi? Seçilə bilməz, amma ola bilər. Necə?

ABŞ Konstitusiyası 1 şəxsin 2 dəfədən çox prezident seçilməsini məhdudlaşdırır, amma söhbət məhz seçilməsindən gedir, ABŞ-da seçkisiz də prezident olmaq imkanları var.

Necə?

Təsəvvür edək ki, növbəti seçkilərdə Vens/Rubio(prezident/vitse-prezident) namizəd olurlar və qələbə qazanırlar. Bundan əlavə respublikaçılar Nümayəndələr Palatasında da çoxluğu əldə edirlər.

N/P-də çoxluğu əldə edən respublikaçılar spiker olaraq Trampı seçirlər(spiker N/P üzvü olmaya da bilər). Sonra Vens prezidentlikdən istefa verir, avtomatik olaraq Rubio prezident olur, amma o da istefa verir və qanunvericiliyə görə ABŞ-ın prezident yenidən Tramp olur.

Başqa sözlərlə istənilən insan formal olaraq sonsuz dəfə ABŞ-da prezident ola bilər, amma ancaq 2 dəfə seçilə bilər.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Zelenskinin təyyarəsi az qala dron tərəfindən vurulacaqdı

redaktor

İran ABŞ bazalarını çökdürürmü?

redaktor

Yəmən savaşı və “Məkkə sazişi”: Hədəfdə İran var

redaktor