CəmiyyətKriminal

Kənan Basqal işi: müdafiə tərəfi hansı ziddiyyətləri göstərir?

İki gün əvvəl Ağır Cinayətılər Məhkəməsində qeyri-adı bir şey baş vermədi. Dövlət ittihamçısı məhkəmə adına uzun müddət davam edən məzhəkədən sonra Xalq Cəbhəsinin sədri Əli Kərimlinin ictiami əsaslarla mühafizəçi Kənan (Basqal) Zeynalova 10 il cəza istədi.

Kənan Basqal hansısa bir cinayət əməli törətməyib. Cəbhəçi olduğuna görə, Əli Kərimlini mühafizəsində iştirak etdiyinə görə onu şərləyib tutmuşdular. Guya adam bıçaqlayıb. Ekspertiza rəy verib ki, guya baçaqın dəstəyində Kənan Basqalın baş barmağının izi var. Bıçaq və barmaq icad olandan bəri kim baş barmağı ilə bıçaq tuta bilib? Axı bu dünyanı heyrətləndirə biləçək qeyri-adi möcüzədir. Görünür baçaqı adamın baş barmağına moment kleyi ilə yapışdırıblar.

Vəkil Nazim bəy dəfələrlə vəsadət qaldırsa da o bıçaqı və istintaqda istinad edilən əşyaları (məsələn bıçaq əvvəl gərək zərərçəkənin paldarını deşib bədəninə toxunsun) gətirsinlər məhkəməyə və araşdırsınlar Kənan bəyin vurduğu bıçaq zərəçəkən paltarın hansı hissədən, neçə yerdən deşib. Hakim(lər) rədd edir vəsatəti, nəinki cinayətin açılmasında maraqlı olmadıqların göstərir, hətta onu ört-badır edirlər.

Kənan Basqala qarşı əməliyyət hazırlamaq üçün “Zərəçəkən” xüsusi qaydada “tapılıb”. Səlim Müslümovun işi ilə bağlı onun haqqında çinayət işi açılıb. Bu çinayət işindən yayınmaq üçün o, Gürcüstana gedib. Sonra isə onu Gürcüstandan ekstradisya edib Azərbaycana gətiriblər. Amma neçə olubsa bıçaqlanma ərəfəsində onun haqqında olan cinayət işinə xitam veriblər. Əvəzində isə Kənan Basqala qarşı hazırlanan əməliyyata adama baş rol veriblər: O bıçaqlanmalıdır! Amma həyatda olduğu kimi yox, kinoda, tamaşada olduğu kimi yalançı bıçaqlanma. Və belə də olub.

İndi bu yalançı bıçaqlamaya görə prokuror dövlət adına Kənan Zeynalova 10 il həbs cəzası istəyir. Ortada isə nə baçaq var, nə bıçaqlanan. Sadəcə tamaşaya qoymaq üçün primitiv formada hazırlanan bir ssenraı Ağır Cinayətlər Məhkəməsində səhnəyə qoyulur.

Belə bir sual yaranır: bu ölkədə 14 bıçaq zərbəsi ilə amansızlıqla adam öldürənə 9 il iş verilir. Bu işdə isə bıçaq olamsa da, zərərçəkən ortada və vəkilin bir neçə prosesdə tələblərindən sonra gəlib məhkəməyə  ifadə verir. 14 bıçaq zərbəsi ilə ölən adama görə 9 il, ssenariləşdirilmiş tamaşada rol aldığına görə 10 il. Xalq Şairi Qabil demiş: Səhv düşəndə yerimiz. Görünür bizim istintaq, prokurorluq, məhkəmə orqanları həyatda bıçaqlanan adamla, səhnədə bıçaqlanan adımın yerini səhv salıblar.

 

Cəmil Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Almaniyada həbsdə olan valideynin uşaqlarının taleyi qanunla necə olur?

redaktor

Prokuror AXCP üzvü Kənan Basqala 10 il həbs istəyib

admin

AXCP daha bir üzvünün saxlandığını bildirir

admin