HadisəTarix

İngiltərədə 1696-1851-ci illərdə mövcud olan “pəncərə vergisi”nin nişanələri

XVII əsrin sonlarında gəlir vergisi müzakirə olunurdu. Amma bir çoxları bunun əleyhinə idi ki, şəxsi həyata müdaxilədir. Nəticədə “pəncərə vergisi” ideyası ortaya çıxdı və 1696-cı ildə qəbul olundu. Məntiq belə idi ki, daha varlı adamın daha çox pəncərəsi var və daha çox vergi ödəyəcək.

İki hissədən ibarət qanunun birinci hissəsi sabit idi: hər evdən ildə 2 şillinq (2023-cü ildə 17,5 funt sterlinqə ekvivalent) vergi tutulacaqdı. Pəncərələrə aid ikinci hissə isə qeyri-sabit idi. 10 və daha az pəncərəsi olan evlərdən vergi tutulmurdu. 11-20 pəncərəsi olan evlərə görə əlavə 4 şillinq (2023-cü ildə 35 funt sterlinq), 20-dən çox pəncərəsi olan evlərə görə isə əlavə 8 şillinq (2023-cü ildə 70 funt sterlinq) tutulacaqdı.

Vergi İngiltərə və Uelsə aid idi. 1707-ci ildə Şotlandiya ilə uniya bağlandı və Böyük Britaniya yarandı. 1748-ci ildə Şotlandiyada da “pəncərə vergisi” tətbiq edildi. Sonrakı illərdə verginin şərtlərində və məbləğində müəyyən dəyişikliklər də oldu.

Qeyri-populyar olan bu vergini xalq arasında “işıq və hava vergisi” adlandırırdılar. Onu ödəməmək üçün pəncərələri hörürdülər. Yeni tikilən binalarda isə pəncərələrin sayını maksimum azaldırdılar. Bəzən də estetik görünüş üçün yalançı pəncərələr təsvir olunurdu.

Pəncərələrin sayının azalması otaqlara düşən günəş işığını və təmiz havanı azaltdı, onların ventilyasiyasını zəiflətdi. Bunun da britaniyalıların səhhətinə mənfi təsir göstərdiyi iddia olunur.

Çoxdan müzakirə olunan gəlir vergisi isə 1842-ci ildə isə davamlı şəkildə tətbiq olundu (daha əvvəl Napoleon müharibələri zamanı iki dəfə – 1799-1802 və 1803-1816-cı illərdə – müvəqqəti tətbiq edilmişdi).

Bundan sonra “pəncərə vergisi”nin ləğvi gündəmə gəldi və o, 1851-ci il iyulun 24-də ləğv olundu. Hörülən pəncərələrin bir hissəsi bundan sonra açıldı, bir hissəsi isə günümüzə qədər hörülmüş qalıb.

Eyni məzmunlu qanun 1798-1926-ci illərdə Fransada da mövcud olub.

P. S. ümid edirəm, iqtidar nümayəndələrindən kimsə bu yazını oxumaz.

 

Mənbə: Tarixçi

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

AYNA-nın fəaliyyətini “TikTok”da tənqid edən taksi sürücüsünə 15 sutka həbs verilib

admin

Səudiyyə şahzadəsinin dərs ola biləcək ölümü

redaktor

Anar Məmmədliyə 14, Anar Abdullaya 13 il həbs tələb olundu

admin