Nyu-York şəhərinin meri Zohran Mamdani İsrailin baş naziri Binyamin Netanyahunu “müharibə cinayətkarı” adlandırıb. Deyib ki, Netanyahu Nyu-Yorka gələn kimi, onu həbs etdirəcəm. Soruşublar kim tutacaq? Deyib, səlahiyyətimdə yalnız Nyu-York “uçastkovı” zabitləridir, onlara əmr verəcəm, tutsunlar.
Səhər də çıxış edib ki, yox, əmrimi dəyişdim, gecə qanuna baxdım ki, sən demə yerli Nyu- York polisinin ixtiyarı yox imiş, başqa dövlət rəhbərini tutsun. Bunu yalnız, Trampın etmə gücü var, yuxarı federal polisinin ixtiyarı var. Tramp da mənə dedi, hər şeyə qarışma, get kommunal (yəni zibil, su, işıq və s.) işlərinlə məşğul ol, öz şəhərində min cür problem var
Bundan sonra, arada atası və özü şiə islam yönlü olan Zohran Mamdani tez qondarma “erməni soyqırımı”nı da tanıyıb, 1,5 milyon erməninin Osmanlıların öldürdüyünü bəyan edib. Burda da, Türkiyə bostanına daş atıb.
Sonra da, boş durmayıb, Azərbaycanın öz torpaqlarını azad etməsini də, “qondarma “soqırım”ın mütləq davamı kimi təsvir edib.
“Dvijuxadır” bu da deyəsən, boş dura bilmir.
Özü də, xəbər yayıldı, guya, transgenderdir.
Bu adam, Nyu-Yorkun meri postunda oturub, özünü İran ayətullahı kimi aparır, bunun axırı necə olacaq?.Hərləyib tutub 99 il verəcəklər! Bura Amerikadır, odla oynayanı buzla əyirlər.
