Amerikalı jurnalist Taker Karlson Rusiya ilə qarşıdurma tərəfdarlarını kəskin tənqid edərək, bu cür çağırışların ABŞ-ın özü üçün təhlükə yaratdığını bildirib.
Karlsonun sözlərinə görə, Rusiya ilə müharibəni müdafiə edən amerikalılar “ABŞ-ı məhv etməyə çalışırlar”. O, həmçinin Amerika siyasi rəhbərliyinin üzvlərini sərt tənqid edərək, keçmiş prezident Co Bayden və dövlət katibi Marko Rubio haqqında təhqiramiz ifadələr işlədib, onları “axmaq” adlandırıb.
