DünyaSiyasət

Zelenski orduda böyük dəyişiklik etdi: Sırski getdi, Drapatıy gəldi

Zelenski müdafiə naziri Fyodorovu vəzifədən kənarlaşdırmaqla yaratdığı böhranı həll edib.

Bu gün o, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskini də vəzifədən uzaqlaşdırıb. Bu mühüm posta Birləşmiş Qüvvələr komandanı, general-mayor Mixaylo Drapatıy təyin edilib.

1982-ci il təvəllüdlü Drapatıy hələ 2014-cü ildə Donbasda separatçılara qarşı mübarizəsi ilə orduda və cəmiyyətdə tanınıb. M.Drapatıy yeni nəsil zabitlərdən biridir və hazırkı müharibədə Xerson vilayətinin sağ sahil hissəsinin azad olunmasında, Xarkov istiqamətinin müdafiəsində fərqlənib. Orduda böyük nüfuzu var.

Onun baş komandanlığa namizədliyi keçmiş nazir Fyodorov tərəfindən də dəstəklənib. Fyodorovun özünə isə Zelenski hökumətdə texnoloji sahəyə rəhbərlik etməyi təklif edib.

 

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan orta gücə çevrilir: Bəs dövlətin öz içində vəziyyət necədir?

redaktor

Zelenski sülh naminə Rusiyaya ərazi güzəştlərini rədd etdi

redaktor

Ramiz Mehdiyevin kitablarının kitabxanalardan yığışdırılması kampaniyası gedir

redaktor