Cəmiyyət

Polad  Həşimovun ruhuna və  xatirəsinə edilən hörmətsizlik sona çatmalıdır!

Mən, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası *Səmayə Həşimova* , oğlumun xatirəsinə qarşı göstərilən biganəliyə və yolverilməz vəziyyətə qarşı səbrimin tükəndiyini bəyan edirəm. Şəhidin məzar daşındakı keyfiyyətsiz iş, istifadə olunan mərmərin yararsızlığı və üzərindəki şəklin yanaq hissəsindəki qara ləkə ilə bağlı aidiyyəti qurumlar dərhal izahat verməlidirlər. *Bir məzar daşının 4 dəfə dəyişdirilməsi idarəçilikdəki qeyri-peşəkarlığın və şəhidə olan sayğısızlığın bariz nümunəsidir*

Tələblərim konkret və qətidir

*Ləkəli mərmər dərhal dəyişdirilməli, şəhidin məzarüstü şəkli və üzərindəki yazılar ən yüksək keyfiyyət standartlarına uyğun olaraq yenilənməlidir*

Şəhidlərimizin məzarları önündəki boş *MƏZAR YERLƏRİ* təcili şəkildə daş örtüyü ilə bağlanmalı və ərazi şəhid adına layiq səviyyəyədə təmir olunmalıdır.  *Boş məzar yerlərinin bilərəkdən saxlanılması kimin və  hansı məqsədə xidmət edilməsi açıqlanmasını tələb edirəm*

Məzarlıqdan yığışdırılan AZƏRBAYCAN VƏ QARDAŞ TÜRKİYƏ bayraqları dərhal bərpa olunmalı və müqəddəs rəmzlərimiz şəhidlərimizin başı üzərində əbədi dalğalanmalıdır. Bu, sadəcə laqeydlik deyil, məmur məsuliyyətsizliyidir

*Qısa zamanda Azərbaycan milli qəhramanı, Genral-Mayor Polad Həşimovun  ev muzeyi açılmalı və xatirəsinə ucaldılacaq heykəlin məsələsi aktivləşməlidir.*

Bu tələblər təkcə mənim deyil, bütün şəhid ailələrinin və xalqımızın iradəsidir. Şəhidin haqqına girməkdən və bu rüsvayçılığa yol verməkdən çəkinin. Bu nöqsanların dərhal aradan qaldırılmasını və məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasını tələb edirəm.
*Mən susmayacağam! Əgər aidiyyəti qurumlar bu özbaşınalığa son qoymasalar, şikayətimi və tələbimi beynəlxalq müstəvidə, qardaş Türkiyə Cümhuriyyəti rəsmilərinə ünvanlayacağımı bəyan edirəm*

Səmayə Həşimova

Tacxeber.com

Oxşar xəbərlər

Temuya qarşı ittiham: rəqabətin qorunması, yoxsa qiymətlərin bahalaşması?

redaktor

6 aydır icra başçısı olmayan rayon

admin

Cəmiyyət kimi kimləri ucaldırıq?

redaktor