İqtisadiyyatSağlamlıq

Milli Onkologiya Mərkəzi 35 milyon manatlıq tender

Milli Onkologiya Mərkəzi təxminən 35 milyon manat dəyərində tender keçirib.

Elektron tender portalında iyulun 9-da yayımlanan məlumata görə, sözügedən tenderi “Azəri Med” adlı şirkət qazanıb.

Məlumata əsasən, mərkəz şirkətə dərman preparatları, laborator reagentlər, sərf materialları və sarğı ləvazimatlarının satın alınması müqabilində 34 milyon 961 min 987 manat ödəməlidir.

“Azadlıq Radiosu”nun xəbərinə görə, 2025-ci ilin mayında da mərkəz 36 milyon manatlıq tenderi bu şirkətə verib. 2024-cü ilin mayında isə eyni şirkət 29 milyon 829 min 766 manatlıq tenderin qalibi elan edilib.

Mətbuatda “Azəri Med”in sahibinin deputat Kəmaləddin Qafarov olduğu barədə iddialar var.

K.Qafarov parlamentdə təmsil olunana qədər Milli Onkologiya Mərkəzində baş direktorun müavini kimi çalışıb.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Azərbaycanda sənaye artımı faktiki dayanıb

admin

Dəvətikanının qurudulmuş kökünü çay kimi dəmləyib içmək faydalıdır

redaktor

Müharibə və pandemiya belə biznes olduğu halda peşəkar futbol niyə biznes olmasın ki?

redaktor