Rusiya bölgələrində Wildberries anbarlarının yandığı yerdən çəkilmiş görüntülər doğrusu Apokaliptik, yəni ki, dünyanın sonu, qiyamət fəlakəti təsəvvürü yaradır. Rusiya və bəlkə də çox ölkələr, elə özüm də uzun, həm çoxtərəfli həyatımda belə miqyaslı yanğın görməmişəm.
İndi, bu görüntü içindəki, külli miqdar yanmış mallara görə kimin məsuliyyət daşıyacağı sual doğurur. Onların ziyanlı dəyəri 100 milyardları keçir. Kompensasiya sual altında, kim-kimədir bu saat Rusiyada? Heç alabaş yiyəsini tanımır.
Qeyd edim ki, Wildberries VTB və Süleyman Kərimovun da (Dağıstan başçısı) iştirakı ilə yaradılan birləşmiş RVB (Russ və Wildberries) şirkəti tərəfindən dəstəklənir. Bu, həmçinin o şirkətdir ki, iki il əvvəl Moskvada pay uğrunda Ramzan Kadırov dəstəsi ilə silahlı münaqişə oldu və Putin bu dəfə nəsə, Ramazanı deyil, Süleymanı dəstəklədi, Ramzan çəkildi getdi.
Bu anbarların təhlükəsizliyini təmin etməyin öhdəliyini daşıyan Rusiya dövləti nəsə heç bir məsuliyyət daşımır. Böyük bizneslərin də heç bir məsuliyyət daşımaması ehtimalı var. Bu halda bu böyük fəlakətin bədəlini görünür ki, bədbəxt orta və kiçik biznes ödəməli olacaq, müflisləşib. Gör ki, nə qədər insan, ailələr batır!
Sxem çox sadədir: dövlət müharibəyə başlayır, böyük bizneslər qazanc əldə edir və ziyanların nəticələrini isə adi, hüquqsuz insanlar ödəyir.
********
Sual yaranır. Ukrayna niyə birdən-birə bir neçə Wildberries anbarına zərbə endirdi? Yəni ki, ayaqqabı və sviterlərlə dolu anbarlara zərbə endirməkdən daha vacib hədəflər yox idimi?
Məqsəd zərbə burada daha böyük və başqadır.
1. Wildberries-in nahəng anbarları on minlərlə işçini işlə təmin edir və həm on milyonlarla rus onların müştərisidir. Yəni demək olar ki, hər bir rus Wildberries ilə alış-verişdədir, asılılıq qədər. Demək ki, Wildberries-in yoxluğu ölkədə benzin çatışmazlığı qədər müharibəyə, həm hökumətə qarşı narazılığa səbəb olur, yanıq-tüstü hissi ilə.
2. Anbarlarda təkcə ayaqqabı və corablar deyil, həm də əsasən, ordunu təchiz edəcək miqdar çoxlu döyüş çəkmələri, ayaqqabı, gödəkçələr, şalvarlar və digər hərbi geyimlər var idi. Demək ki, bu anbarlara edilən bu hücumlarla Ukrayna Rusiyanın səfərbərlik planlarını da, xeyli pozur!
********
Rusiya elitası bu saat təcili Moskvanı tərk edir.
Wildberries anbarlarına dron hücumlarından Moskva bölgəsindəki zəhərli kanserogenin səviyyəsi fəlakətli dərəcəyə çatıb. mütəxəssis hesablamalarına görə.
Havada artıq icazəli səviyyədən yüzlərlə dəfə yüksək qədər bu zəhərli maddələr aşkarlanır:
• Benzol • Benzo(a)piren• Formaldehid
• 1,3-Butadien•2,3,Tetraxlordibenzo-p-dioksin (TCDD)• 1,3-Butadien• Toluol• Ksilollar • Etilbenzol• Stirol• Tetraxlordibenzofuran (TCDF)• Akrolein• Hidrosian turşusu
Bu maddələr xərçəngə səbəb olan son dərəcə təhlükəli hissəciklərdir. Bu fonda da Moskvanın vəzifəli şəxsləri, təhlükəsizlik rəsmiləri, tanınan iş adamları və “ali elitanın” üzvləri, təcili olaraq ailələrini Moskvadan uzaqlaşdırırlar. Bu arada, hakimiyyət orqanları isə real problemləri rəsmi olaraq həll etmir, yalnız pəncərələri bağlamaq tövsiyələri ilə kifayətlənir. Görəsən cənab Putin bütün bu hadisələr, durum haqda nə düşünür?
Bütün bu canlı həyati və həm də, acı səhnəli müdhiş faktlara rəhmətlik, Cəfər Cabbarlının əsərindən, bir cümləsi ilə son verək: “Gör nə günlərə qaldın Balaş, öz cəzandır, çək Balaş!”
