DünyaSiyasət

Türkiyədə NATO sammitində hansı fundamental proseslər və məsələlər gündəmdədir?

Tramp Türkiyədə keçirilən NATO sammitinə hava yolu ilə gedərkən, NATO-nun Baş katibi və Türkiyə Prezidenti açılış tədbirinə artıq başlamışdılar.

Türkiyədə ABŞ NATO 3.0 konsepsiyasının həyata keçirilməsini davam etdirəcək.

Bu konsepsiya ABŞ-ın Avropadakı hərbi mövcudluğunu azaltmasını və Avropa ölkələrinin öz müdafiəsinə daha çox məsuliyyət götürməsini nəzərdə tutur. Bununla ABŞ Çin, İran və Qərb yarımkürəsindəki prioritetlərinə daha çox hərbi resurs ayırmağı hədəfləyir. Zatən bu məsələ ABŞ-ın yeni milli təhlükəsizlik konspepsiyasında əks olunub, yəni bu, yenilik deyil.

Avropanın qarşısında olduqca böyük və mürəkkəb bir məqsəd dayanır.
NATO üzvü olan hər bir ölkə 2035-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 5%-nə çatdırmalıdır. Bu, çox çətin hədəfdir, çünki əvvəlki 2%-lik göstəriciyə çatmaq təxminən 20 il çəkdi.

Əsas narahatlıq doğuran sual budur: ABŞ Avropadakı hərbi mövcudluğunu Avropanın uyğunlaşa biləcəyindən daha sürətlə azaltmayacaq ki?

Sonra. Ukrayna ilə bağlı

Bu sammitdə Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı müzakirələr arxa plana keçəcək.
Diqqət daha praktik məsələlərə yönələcək: müharibənin necə başa çatdırılması, hava hücumundan müdafiə vasitələrinin əldə olunması, ballistikaya qarşı vasitələr, Rusiyaya qarşı yeni əməliyyatlar üçün tələbatlar və s.

Türkiyə

Trampın Ankaraya F-35 qırıcılarının satışına icazə verməsi ilə bağlı qərara yaxın olduğu bildirilir.

Silah sazişləri

Silah istehsalı və satışı sahəsində on milyardlarla dollar dəyərində yeni müqavilələrin elan olunacaq.

İzləyirik.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Rus politoloq – Putinə ən böyük problemi Avropa yarada bilər

admin

Tezliklə min dronumuz Moskva üzərindən uçacaq və sonra Putin Ural dağlarının o tayına qaçacaq, – Zelenski

redaktor

Çin Avropanın avtomobil bazarını fəth edir: Yaponiya geridə qalır

redaktor