CəmiyyətTəhsil

Şimali Koreya variantına doğru daha bir addım

Müəllimlər üçün vahid geyim forması tətbiq olunacaq. Bu qərar Milli Məclisin bu gün — iyulun 7-də keçirilən iclasında “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.

Qanun layihəsinə əsasən, dövlət məktəblərində müəllimlərin geyim qaydalarını müvafiq icra qurumu müəyyən edəcək.

Hazırda dövlət məktəblərində yalnız şagirdlər üçün vahid geyim forması məcburidir. Yeni qaydaya əsasən, uşaqların məktəbli forması geyinməsinə nəzarət etmək valideynlərin üzərinə vəzifə olaraq qoyulur.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul olunub.

Ölkənin totalitarizmə süruklənməsinə bu hadisə növbəti sübutdur.

Vahid geyim vahid düşüncənin formalaşdırılması üçün hazırlanmış sxemin bir mərhələsidir. (Azadlıq Qəzeti)

 

Tacxeber.com

Oxşar xəbərlər

“Tərtər işi”: 5 milyon manat təzminat istəyən ataya 40 min manat kəsilib

admin

Həbsdə olan qazidən dəhşət doğuran müraciət

redaktor

Uşaqların müdafiəsi kimə həvalə olunub?

redaktor