Dünyaİqtisadiyyat

Dünyada qara kürü ilə məşğul olub, ziyanla işləyən şirkət ola bilərmi?!

Azərbaycanda “CMS Properties” MMC adlı şirkət var, nərə balığı və qara kürü istehsalı ilə məşğuldur. Şirkətin maliyyə vəziyyəti açıqlanıb – 2025-ci ili 2.9 mln. manat xalis zərərlə başa vurub. Şirkətin 2023-cü ildə 19.07 mln. manat olan gəlirləri, 2024-cü ildə 5.26 mln. manata, 2025-ci ildə isə 1.69 mln. manata enməsi son üç ildə satış həcmlərinin ardıcıl azaldığını göstərir.

Yaxşı, dünyada qara kürü ilə məşğul olub, ziyanla işləyən şirkət ola bilərmi?! Azərbaycanda varsa, bəs nə üçün ziyanla işləyir?!
Normalda bu xəbər çıxıan kimi İqtisadiyyat Nazirliyi bütün işini-gücünü bir kənara qoyub ancaq bu məsələ ilə məşğul olmalı, səbəblərini incələməli, yaranmış problemləri həll etməlidir ki, 2026-cı ildə nəticə dəyişsin.
Bilirsiniz niyə?! Əminəm ki, bu şirkətin ziyanla işləməsinə SƏBƏB olan məsələlər, ölkə iqtisadiyyatının zəifləməsinə SƏBƏB olan məsələlələrlə birə-bir eynidir – yuxarı vergilər, aşırı tənzimləmə, nəzarət mexanizmləri, cərimələr, korrupsiya və s. (əgər elə deyilsə, buyursunlar, səbəblərlə bağlı rəsmi izah, açıqlama versinlər).

Hörmətli nazirlik, əgər bir ölkədə qara kürü satışı ilə məşğul olan şirkət də ziyanla işləyirsə, deməli həmin ölkənin iqtisadi sistemi çürüyüb, artıq çalışmır…

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyədə NATO sammitində hansı fundamental proseslər və məsələlər gündəmdədir?

redaktor

Rus politoloq – Putinə ən böyük problemi Avropa yarada bilər

admin

Tezliklə min dronumuz Moskva üzərindən uçacaq və sonra Putin Ural dağlarının o tayına qaçacaq, – Zelenski

redaktor