26.1 C
Bakı
05 İyul 2026 10:40
DünyaİdmanSiyasət

Mərakeş futbolçuları dünya çempionatına necə gözəl rəng qatır

Mərakeşin monarxiya tarixi 1200 ildən çoxdur ki, fasiləsiz davam edir.
Yaponiyadan sonra dünyanın ən köklü taxt-tac sistemlərindən biridir.

Osmanlı heç vaxt Mərakeşi ələ keçirə bilmədi.
Mərakeş sultanları özlərini dini cəhətdən Osmanlı sultanından daha üstün və legitim xəlifə hesab edirdilər. Bu səbəbdən, Mərakeş xalqı və yerli bərbər qəbilələri “şərqdən gələn türkləri” xəlifə kimi qəbul etmir, öz yerli və dini rəhbərlərinin ətrafında sıx birləşirdilər.

Mərakeş Avropa ilə qonşuluğunu fürsətə çevirib.
Osmanlıya ciddi mədəni-soyasi təsir yaratmış ölkədir.
Osmanlıların fəs və ya fəs papaq adlandırdığı baş geyimi Mərakeşdən gəlmişdir və adını birbaşa Mərakeşin tarixi Fəs şəhərindən almışdır. Hətta Osmanlı türkcəsində və müasir Türkiyə türkcəsində Mərakeş ölkəsinə “Fas” deyilməsinin əsas səbəbi də məhz bu şəhər və oradan gələn fəs papağıdır.

Daha bir maraqlı fakt.
Sultan II Mahmud bu baş geyimini bəyənmiş və 1829-cu ildə çıxardığı fərmanla din xadimləri istisna olmaqla, bütün dövlət məmurları və əsgərlər üçün fəs taxmağı məcburi etmişdir.
Maraqlıdır ki, fəs Osmanlıya ilk gəldiyi dövrdə mühafizəkar təbəqə tərəfindən “müsəlman adətinə zidd”, “gəda geyimi” adlandırılaraq etirazla qarşılanmışdı. Lakin zaman keçdikcə o dərəcədə mənimsənildi ki, 1925-ci ildə Türkiyə Cümhuriyyətində Mustafa Kamal Atatürkün “Şapka Qanunu” ilə fəs qadağan ediləndə bu dəfə eyni mühafizəkar kütlə fəsi “şərq və İslam simvolu” kimi müdafiə etməyə başladı.

Düşünürəm ki, çempion İngiltərə krallığı olacaq amma arzulayıram ki, Mərakeş krallığı olsun.
Belə kralın olsun, qoy ömürlük siyasi iddialarına qadağa olsun.

Sahib Kərimli

Tacxeber.com

Oxşar xəbərlər

Sərt gerçəkliklə üzləşmə zamanı

redaktor

Zelenski: “Bütün dünya Ukraynanın rus əclafını məğlub etməsini gözləyir.”

admin

Pezeşkian istefa verməklə hədələyərək Xameneini atəşkəsə razı saldı

redaktor