27.3 C
Bakı
04 İyul 2026 17:55
DünyaSiyasət

Nəhayət, Trampın böyük ümidlərlə gözlədiyi 4 iyul

ABŞ-ın müstəqilliyini bəyan etməsinin 250-ci ildönümü gəldi.

Tramp bu günədək böyük nailiyyətlərə imza atmalı və adını ABŞ tarixinə yazmalı, bundan sonra isə amerikalıların kumirinə çevrilməli, 4 noyabr Konqresə aralıq seçkilərində respublikaçılara mütləq qalib etməli, hətta Trampın 2028-ci ildə də müstəsna hal kimi 3-cü dəfə prezident seçilməsini tələb etməli idilər.

Bütün dünya ABŞ-a, daha doğrusu, kral Trampa kölə kimi tabe olmalı idi. Onu məhdudlaşdıran heç bir beynəlxalq təşkilat, qanun olmamalı idi, onu yalnız öz olmayan mənəviyyatı məhdudlaşdıra bilərdi: https://www.facebook.com/asif.shafaggatov.3/posts/4300098063639605

Bəs Tramp bu günə hansı nailiyyətlərlə gəldi?

Ukrayna müharibəsini ABŞ-a sərf edən şərtlərlə dayandıra bilmədi (24 saata dayandıracağını vəd vermişdi);

Nobel Sülh mükafatını ala bilmədi (heç kimin xəbəri olmayan 8 müharibəni dayandırdığını təkrar-təkrar desə də);

Gömrük tarifləri siyasəti tam fiaskoya uğradı (Çini ram edə bilmədi; üstəlik 11 ay sonra məhkəmə tariflərin qanunsuz tətbiq olunduğunu əsas gətirərək onları ləğv etdi və tarifdən qazanılan pulları geri qaytarmağı tələb etdi);

Qeyri-leqal miqrantların deportasiyasında da uğursuzluğa düçar oldu (miqrantpərəst adlandırdığı Obamanın prezidentlik dövründə heç bir vəhşi metodlar tətbiq etmədən il ərzində ABŞ-dan daha çox miqrant deportasiya edilirdi);

İşsizliyi azalda bilmədi;

İnflyasiyanı azalda bilmədi;

Büdcə kəsirini nəinki azalda bilmədi, onu artırdı;

Dövlət borcunun daha sürətlə artmasına səbəb oldu;

ABŞ-da reindustrializasiya başlamadı;

Qrenlandiyanı ələ keçirə bilmədi;

Kanada haqqında heç danışmağa dəyməz;

Seçkiqabağı vəd verdiyi “Epşteyn dosyesi”ni açmaqla reytinqini artırmaq istəyən Tramp özünü və ətrafını daha pis vəziyyətə qoydu;

Bab əl-Məndab boğazını husilərin nəzarətindən müharibə yolu ilə də çıxarda bilmədi;

İranla müharibəyə girərək, onu nəinki məğlub edə bilmədi, Hörmüz boğazına nəzarəti də itirdi;

İran müharibəsindən sonra nəinki Körfəz ölkələrində, bütün dünyada ABŞ-ın təhlükəsizliyin təminatçısı statusunu şübhə altına atdı;

Kubanı hələ də tabe edə bilməyib;

ABŞ-da benzinin və dizelin qiyməti 2022-ci il səviyyəsindən də yuxarı qalxıb;

ABŞ-ın strateji neft ehtiyatları həcmi katastrofik səviyyəyə düşüb;

Trampın və respublikaçıların reytinqi təhlükəli həddədir: onu qaldırmaq mümkün olmazsa, respublikaçılar noyabr seçkilərində nəinki Nümayəndələr Palatasında, hətta Senatda da çoxluğu itirə bilərlər (bu isə Tramp üçün yeni impiçment qalmaqalı deməkdir);

Trampı hakimiyyətə gətirən MAGA-çılar arasında parçalanma yaranıb, onların bir qrupu faktiki olaraq anti-Tramp mövqeyinə keçiblər;

İran məsələsinə görə Trampla sionistlər arasında da uçurum dərinləşməyə başlayır.

NATO-nun “kağız pələng” olduğunu (Trampın sözləridir) sübut etdirdi və s.

Uğur siyahısı isə çox qısadır:

ABŞ-la Meksika sərhədini nəzarətə götürə bildi və hazırda oradan qanunsuz miqrant keçə bilmir;

Panama kanalını Çinin nəzarətindən çıxarda bildi (hərçənd onu yenidən ABŞ-a qaytarmaq istəyirdi);

Venesuelanı ABŞ-ın vassalına çevirə bildi (hərçənd bunu taktiki uğur hesab etsək də strateji olaraq ABŞ-ın nüfuzuna ağır zərbə saymaq olar).

Beləliklə, “möhtəşəm” Yubiley tədbirləri üçün ürəkaçan fon yoxdur. Trampı və ABŞ-ı yaxşı gələcək gözləmir.

“Amerikanı yenidən möhtəşəm edək!” (MAGA) şüarı ilə hakimiyyətə gələn Tramp 1,5 il ərzində “Amerikanı istehza obyekti edək!” səviyyəsinə uğurla gətirə bilib.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski Putinə gözlənilməz təklif verdi

redaktor

Argentina və Kolumbiya da 1/8 finala adladı

admin

Fələstin ərəblərin, Uyğur türklərin hüquqları müdafiə olunmalı, amma…

redaktor