DünyaKriminal

Korrupsiyanın sərhədi varmı?

Əl-Ərəbiyyə” televiziyasının məlumatına görə, İraq təhlükəsizlik qüvvələri yaxın günlərdə 17 məmuru korrupsiya qarşı əməliyyatlarda həbs edib. Bundan əlavə bir neçə parlament üzvləri də həbs edilib.

Əməliyyata keçmiş neft naziri müavini Adnan əl-Cumeylinin etirafları əsas olub. Həbs edilən məmurlardan üz milyonlarla dollar və xeyli də bahalı zinət aşkar edilib.

“Haberler” nəşri xəbər verir ki, korrupsiyaya qarşı əməliyyatda İraq qadın millət vəkili Hind əl-Abbasinin evindən 57 milyon dollar nağd pul, 27 kq qızıl və hətta qızıl alt paltarları tapılıb.

Neft emalı sektoruna məsul olan və Milli Emal Korporasiyası nazirindən 86 milyon doll. vəsait  müsadirə edilib. Dövlət vəsaitini mənimsəmək, tender saxtakarlığında ittiham olunur.

İraq Azərbaycandan təxminən 5 dəfə böyük, əhalisi 50 milyona yaxın, illik büdcəsi isə 250 milyard dollardır. Və İraqın demək ki ən böyük korrupsionerindən 86 milyon dollar korrupsiya pulu müəyyən olunub.

Bizim isə, İraqdan 5 dəfə kiçik və xeyli də az büdcəli Azərbaycanda nə qədər çox məmuru silkələyirsən ən varlı İraq korrupsionerinkindın qat-qat çox vəsait çıxır. Bizimkilər, o 86 milyon dollara baxıb gülürlər, bəlkə də.

Üstəlik, İraq korrupsioneri heç olmasa özünü sadə təvəzökar aparır, oğurluğuna utanc edir. Yaxşı tanıyıram İraqı, bir polis general dostum olub hər şeyi danışıb. Bizim korrupsionrlər isə, dünyada görünməmiş tərzdə özünü elə aparır ki, sanki camaat onun pulunu korrupsiya edib. Hələ, gözü doymurmış kimi, digərlərinin halal 1-2 mülkiynə də əl qoyurlar, baxmırlar kimdir. Utanıb həya etmək əvəzinə qoçuluq da edirlır. Buna “xüsusi” normadan çıxan xarakter lazım. Baxmırlarsa kimdir, baxarlar. Vladimir Putinə, Əli Xameneiyə qalmayan dünya kimə qalacaq?

Belə olmaz, belə getməz, buna son qoyulmalı, susan, abır, ya xətir edən əsla zəif demək deyil.

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Polşa Zelenskini Ukraynada milli panteon yaratdığına görə tənqid etdi

redaktor

ABŞ Dohada gözlədi, İran gəlmədi

redaktor

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor