Budur, bir tərəfdən 1 saatlıq, 1 günlük ya bir aylıq qadın-kişi “intim görüşünü” (üzrlü sayın) islama yad “Siğə” adı ilə utanmaz və həyasız qanuniləşdirən İran molla hakimiyyəti rejimi, digər tərəfdə sərt namus-qeyrət tədbiri görür.
Qapalı bir yerdə vətən mahnısı ifa edən gənc qadın müğənnini bunu çadrasız etdiyi üçün 74 dəfə şallaq vurulması və həbsə məhkum edib. 21-ci əsrdə 6-cı əsrin qadına şallaq işini görür.
İran hakimiyyəti müğənni Parastoo Əhmədini son iki ildə 29 milyonluq baxış sayını toplayan YouTube videosunda çıxış etdiyinə görə, onu, 74 ağrı-alçaldıcı şallaq cəzasına məhkum edib.
Əhmədi 2024-cü ildə səkkiz musiqiçi və heyət üzvü ilə birlikdə boş bir teatrda çox məşhur bir vətənpərvərlik mahnısı olan “From the Blood of the Youth” (Gəncliymizin Qanından)-ı oxuyub.
Ona həmçinin səyahətə və növbəti iki il ərzində hər hansı “bədii fəaliyyət”ə qadağa qoyulublar. Beləliklə də müğənni Əhmədi İranın “siğəyə hə, baş örtüksüz yox!” deyən əxlaq polisi tərəfdən “ictimai ədəb-ərkanı pozmaqda” ittiham olunub.
Sual o qalır, bu rejim öz yolu, məram məqsədini, kimliyini müəyyən edibmi nə “məssəbə” qulluq edir və 90 milyonluq xalq hansı zülmətə çəkir?!
