26 C
Bakı
19 Sentyabr 2026 13:30
Gündəmİdman

Dünya çempionatı hələ indi qızışmağa başlayır, amma Türkiyə artıq evə dönür…

SSRİ-nin dağılmasından bəri Türkiyə futbolunu çox yaxından izləyirəm. İki fundamental problemi hələ də həll edə bilməyiblər:

1. Sistem və taktiki intizam problemi. Yəni bəlli bir oyun planı olmadan, kollektiv zəkadan uzaq, sırf fərdi bacarıq və istedad hesabına oynamağa çalışmaq;

2. Fiziki hazırlıq və dayanıqlılıq problemi.

Əcnəbi mütəxəssislər gəlib klub komandalarında uzun müddət çalışarsa, bəlkə bu problemlərə son qoyular, amma ona da imkan verilmir. Çempion ola bilməyən məşqçi (böyük klublarda) dərhal qovulur.

Bu problemlərə AKP dövründə siyasətin (ölkə rəhbərliyinin) futbola kobud müdaxiləsini, o cümlədən Federasiya prezidentlərinin faktiki olaraq dövlət başçısı tərəfindən təyin edilməsini də əlavə etmək lazımdır. (Bu hakimiyyətin iş başına gəldiyi ərəfədə Türkiyə dünya üçüncüsü olmuşdu).

Hazırda TFF prezidenti olan şəxs natamam orta təhsilə malik bir “küçə adamı” – məhəllə kabadayısıdır. Öz sözləri ilə desək, belə başa belə daraq…

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

“Onun artıq 35 yaşı, mənim isə 4 illik layihəm var” – Zidan

admin

Fransa Azərbaycanda “özbaşına saxlanılma və ədalətsiz məhkəmə riski” olduğunu deyir, Bakı etiraz edir

admin

Çinin elektomobilləri casusluq edir?

redaktor