25.1 C
Bakı
21 İyun 2026 12:17
DünyaSiyasət

ABŞ-İran arası Memorandum layihəsi mətninin dürüst təhlili

Həftənin 3-cü günü, 17 iyun tarixində, ABŞ-ın yüksək vəzifəli mənbəyi, rəqəmsal formatda imzalanmış deyilən ABŞ və İran arası anlaşma memorandumunun mətnini yayımladı. Ancaq, bu mətn tərəflər arası sabah, İsveçrədə rəsmi imzalanmalıdır, ola bilsin, bəzi dəyişikliklərlə.

Memorandum mətni uzundur, azərbaycanca çox yerdə paylaşılıb, ona görə paylaşmıram, lakin 14 maddə üzrə ayrıca izahlı analiz edək

Memorandum layihəsindən nə görünür?

Ümumən, layihənin mətnində anlaşılmaz tərəflər çoxdur. Düzdür, Sənəd özü peşəkar hazırlanıb, ABŞ üçün əlverişli və beynəlxalq hüquqşünaslar üçün kifayət qədər şəffafdır.

Ancaq, tam hüquqlu müqavilə deyil, prosesi başladan, lakin heç bir öhdəlik götürməyən, yəni, bəndlərə tərəflər əməl etməzsə, hansı caza ya məsuliyyəti göstərilməyən bir niyyət protokoludur, müasir adla memorandumdur.

Mətnin əsas məqamlarını təhlil edək.:

Əvvəla bir məsələ çox yaxşıdır ki, bu sənədin İran tərəfdən prezident Məsud Pezeşkianın imzalaması gözlənilir. Bu da ABŞ-ın, onu bir inam göstərib, istinad oluna bilən şəxs kimi tanıma və gələcəkdə İran dövlətinin də əsas fiquru rolunu daşımasına xüsusi yol aça bilir.

Keçək maddələrə, məqamlara.

Maddə 1 Əsas məqam bütün cəbhələrdə (Livan da daxil olmaqla) atəşə və müharibəyə son qoyulması bəyannaməsidir. Lakin, ikinci hissəsində daha vacib bir məqam var: yekun razılaşma (60 gün sonra) hər şeyi təsdiq edilib möhkəmləndirəcək. Yəni atəşə və müharibəyə son qoyulma hələ sürüşkən sual olaraq qalır.

Maddə 2. Suverenliyə və beynəlxalq hüquqa hörmət mətndə quru və formal kimi görünür.

Maddə 3. Yekun razılaşma üzrə danışıqlar 60 gün uzadılmalarla bu maddədə demək olar ki, imperativ formada açıq göstərilmir ki, mütləq bağlanacaq. Və İran SEPAH rejimi bundan da yararlanıb çox çətin ki, nüvə proqramından və xaricdəki şəbəkələrini, və həm də proksilərini maliyyələşdirməkdən imtina etsin. (Çünki bu, bu rejimin yaşam, ayaqda qalma məsələsidir).

Və bunlarsız İranın razılaşmanı hər bəhanə ilə poza biləcəyini üzdə göstərməsə də ABŞ başa düşür. Və arxada İsrail və müttəfiqləri ilə quru əməliyyatına və rejimin dəyişikliyinə hazırlaşır. Yəni, arada inam qətiyyən yoxdur, sürüşkənlik.

Maddə 4-5. (blokada): ABŞ və İranın 30 gün ərzində dəniz blokadasını qaldırmaları. Real olaraq, İran təzyiq və ciddi sıxıntı altındadır (iqtisadiyyat, əmək haqqı, neft), ABŞ isə yox. Tramp artıq aşağı neft qiymətlərini (barel 70 dollar) təmin edib. Sövdələşmə aparılacaq və birgə komissiya yaradılacaq. Və blokada isə qaldırılacaq, bu proseslərdə isə ABŞ zəif İran üzərində öz üstünlüyündən istifadə edəcək.

Maddə 6-11. (iqtisadiyyat və sanksiyalar): 300 milyard dollarlıq İranın investisiya tipli (yəni maya qoyub artıqlaması ilə geri alma, nəzarət) bərpa planı. Sanksiyaların qaldırılması. Və bu 24 milyard İran aktivlərinin dondurulmasının aradan qaldırılması və neft ixracına icazələr verilməsi. (Hər şey ABŞ tərəfin əlindədir və burada bərabərlik sazişindən əlamət yoxdur)

Üstəlik, bütün bunlar yalnız yekun razılaşma sonrası irəliləyişdən, yəni Tramp dediyi kimi “İranın özünü necə aparmasından” yəni ABŞ istəklərinə əməl etməsindən asılı olaraq. Və bütün bu proses ABŞ-ın nəzarətində gedəcək.

Maddə 8. Burda İran söz verir ki, nüvə silahı istehsal etməyəcək. ABŞ təbii ki, buna inam göstərməz və öz nüvə mütəxəssis və xüsusi hərbi kontingenti ilə İran ərazisinə müdaxilə etməklə bütün nəzarəti öz əlində saxlayacaq.

Maddə 9. Yekun razılaşmayadək atəşkəsi, status-kvonu qorumaq. Bu da suallar yaradır. Artıq bu gün, İran tərəf Livandakı “Hezbulla” proksisinə görə atəşkəsi pozmaqla hədələyir.

Maddə 12-13. Yoxlama, nəzarət mexanizmi yaradılması (müşahidəçilər, MAQATE və s.) – İranın bundan imtina imkanı olmayacaq və İranın özü bu müdaxilə nəzarətdən narahatdır.

Maddə 14. Yekun razılaşmanın sonda BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiq edilməsi. İran üçün bu çox ciddi öhdəlikdir, ABŞ-ın liderlik etdiyi beynəlxalq birliyin tam nəzarəti altına düşməkdir.

Yekun nəticə nə göstərir?

Memorandum Ağ Evin komandası tərəfdən hazırlanıb, ABŞ üçün xüsusi faydalıdır, indiki gərginliyi azaldır, Trampa vaxt qazandırır və neft qiymətlərini aşağı salır. Və ona növbəti mərhələyə hazırlıq üçün tam imkan yaradır.

İran danışıqları çalışıb oynadacaq, mümkün qədər uzadacaq, amma bunlar, siçanın tələ önündə vurnuxması olacaq. Son nəticədə bu, mövcud (Xamnei + SEPAH) rejiminin süqutu, həm də yəqin ki, Pezeşkian rəhbərliyində sivil İran dövləti yaranışı, xalqın azadlığına gətirər.

P S
Bu, gedişat ABŞ-a noyabr ayında keçiriləcək aralıq seçkilərədək fasiləni və bütün rıçaqları verən, İrana isə müvəqqəti bir möhlət verən hiyləgər Amerika memorandumudur. Və bu, çətin ki, İran rejimini qaçılmaz qarşıdurmadan və hakimiyyət dəyişikliyindən xilas edə bilsin.

P. S.
İran tərəfdarları gərək inciməsinlər, bu yazı acı da olsa, həqiqətdir. Yalandan İran qalibdir deyə eyforiyaya qapılmaqla qalib olmur. Reallıq tam başqadır. Qaldı ki, mən qətiyyən politoloq, ya siyasətçi deyiləm, yalnız bir hüquqşünas kimi, memorandum müddəalarını izahlı təhlil etdim.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya Ukraynanın elit bölmələrini hədəf aldı

redaktor

ABŞ faktoru və Cənubi Qafqazda sülhün yeni mərhələsi

redaktor

Nazirlik erməni “Telegram” kanallarında yayılan xəbərlərlə bağlı məlumat yaydı

redaktor