“Yalta-Potsdam dünya nizamı” dünyanı şərti olaraq iki hissəyə bölmüşdü. Bir tərəfdə liberal super güc ABŞ-ın başında dayandığı Qərb bloku (NATO), digər tərəfdə totalitar Sovet İttifaqının formalaşdırdığı Şərq bloku (Varşava Müqaviləsi Təşkilatı) vardı. Yəni, “Yalta-Potsdam dünya nizamı” əsasən çoğrafiyalara nəzarət üzərində qurulmuşdu.
Sovet İtifafqının dağılması ilə “Yalta-Potsdam dünya nizamı”nda böyük çat yarandı. Özünü SSRİ-nin varisi elan edən Rusiyada Putinin avtoritar hakimiyyəti formalaşdıqdan sonra Moskva “Yalta-Potsdam dünya nizamı”nı diriltməyə çalşıraq Varşava Müqaviləsi Təşkilatına bənzər Kolllektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yaratdı. Daha sonra isə ABŞ və NATO-ya ultimatum irəli sürərək Şimali Atlantika Alyansının infrastrukturunun 1997-ci il sərhədlərinə çəkilmsini istədi.
Rusiya keçmişin nostalgiyası ilə yaşadığı üçün hələ də dünya düzənin çoğrafiyalara nəzarət üzərində qurulmasına çalışırdı. Halbuki, yeni dünya düzəni bir daha coğrafiyalara nəzarət prinsipi üzərində qurula bilməz.
Bunu ilk anlayan isə nə qədər qəribə görünsə də, ABŞ deyil, Çindir. Çin “Bir kəmər, bir yol” layihəsi ilə logistikalara və mədənlərə, xüsusilə ilə də nadir torpaq metallarına sahiblənməyi önə çıxardı. Bu əslində yeni texnologiyaların doğurdu reallıqların nəzərə alması idi. Artıq dünya ticarətinin gedişatını şəhər ticarəti deyil, onlayın platformalar (Amazon, AliExpress, Ebay, Rakuten, Craigslist və digərləri) müəyyən edir. Bu sistemin işləməsi üçün ən önəmli məsələs logistikaya nəzarət etməkdir.
Tramp adminstrasiyasının əsas hədəflərindən biri də məhz logistikalara nəzarəti böyük ölçüdə ələ keçirməkdən ibarətdir. İndi hər kəs anlayır ki, ölkələrin gələcəyi böyük ölçüdə logistikalardan asılı olacaq. Logistikalar dövlətlərin sərhədlərinin yenidən çəkilməsi, bəzi ölkələrin xəritədən silinməsi və yeni ölkələrin yaranmasına səbəb olacaq. Sadəcə olaraq bəşəriyyət bu prosesin başlanğacında olduğu üçün bütün prosesi tam dərk etmir.
Moskva və Tehranla yanaşı bir çox paytaxtlarda TRIPP marşurutu (Trump Route for International Peace and Prosperity) ilə bağlı qorxu da bununla bağlıdır.
TRIPP anlaşmasının “Əsrin müqaviləsi”ndən sonra Azərbaycanın imza atdığı ikinci ən böyük layihə olduğu ilə bağlı qənaətlərimin doğru olduğuna hər ötən gün daha çox əmin oluram. “Əsrin müqaviləsi” Azərbaycanın öncə enerji və, iqtisadi, ardınca da hərbi müstəqilliyini təmin edərək ərazi bütövlüyünü və suverinliyini bərpa etməsini təmin etdi. TRIPP marşurutu isə çox böyük bir çoğrafiyanın mənzərəsini dəyişərək Böyük Azərbaycanın yolunu açacaq. Bu barədə başqa bir yazıda daha geniş yazacam. Hələlik isə qeyd edim ki, Tramp adminstrasiyası yeni düzəndə ABŞ-ın liderliyini təmin etmək üçün nadir torpaq metalları, enerji qaynaqları və logistika üzərində nəzarəti ələ keçirməyə çalışır.
ABŞ nadir torpaq mettaları, enerji qaynaqları və logistika üzərində nəzarəti ələ keçirmək üçün planlı şəkildə qətiyyətli addımlar atır. Suriyanın enerji qaynaqları ABŞ şirkətlərinə verilib. İraqda da proseslər başa çatmaq üzrədir. Növbədə İran var. ABŞ və İran arasında münaqişənin tənzimlənməsinə dair Anlaşma Memorandumunda nəzərdə tutulan İslam Respublikasına investisiya qoyuluşunu stimullaşdırmaq üçün 300 milyard dollarlıq investisiya fondunun yaradılması da bu məqsədə xidmət etməlidir. Vaşinqtonu Tehranla sövdələşmədə maraqlandıran iki əsas məsələ var: Birincisi, İranın nüvə silahı əldə etməsinin qarşısnın kəsilməsi və İran iqtisadiyyatına investisiya qoyuluşunu nəzarətində saxlamaq.
Ötən ilin martında Tramp bunu Seyid Əli Xameneni ilə etmək istədi.Bunun üçün ona məktub da yazdı. Anlaşa bilmədikdə isə onu öldürdü və indi oğlu ilə anlaşır. Məsələnin mahiyyəti bundan ibarətdir və yerdə qalan məqamlar Anadolu türkləri demişkən təfərrüatdır.
